Şəfəqə Doğru » Manşet » ABŞ generalindan orduya emr: Muharibeye hazirlasin!

ABŞ generalindan orduya emr: Muharibeye hazirlasin!

ABŞ generalindan orduya emr: Muharibeye hazirlasin!
Norveçdə olan ABŞ dəniz piyadalarının komandanı general Robert Neller regionda böyük müharibənin başlayacağı barədə əsgərlərinə xəbərdarlıq edib.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, Neller regionda ABŞ-ın hərbi gücünün genişlənəcəyini, əsgərlərin yerdəyişməsinin baş verəcəyini bildirib.
"Ümid edirəm ki, yanılıram, ancaq müharibə yaxınlaşır. Buradakı hərbi varlığımız sayəsində sizlər informasiya və siyasi mübarizəyə qoşulursunuz”, – Neller qeyd edib.
Yaxın vaxtda diqqətlərin Sakit okean və Rusiyaya yönəldiləcəyini deyən Neller bunları vurğulayıb:
"Sadəcə burada olduğunuzu unutmayın. Sizin onları müşahidə etdiyiniz kimi, onlar da sizi müşahidə edir. Burada 300 dəniz piyadası var. Bu sayı bir gecədə 3 minə çıxara bilərik”.