Qarabağ qazisi Kamil Musəvi Suriyanın Afrin bölgəsində terrorçulara qarşı döyüşən türkiyəli əsgərlərə dəstək nümayiş etdirib.
Shafaqadogru.com-un məlumatına görə, azərbaycanlı qazi türkliyəli əsgərlərə videomüraciət edib.
Müraciətdə deyilir: "Türk qardaşlarım Afrində haqq döyüşü aparır. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsir. Azərbaycan qazisi, türk oğlu olaraq qardaşlarıma səslənirəm. Ayağımı və gözümü doğma torpaqlarımız, Qarabağımız uğrunda fəda etdiyim kimi, canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizi qorusun, güc, qüvvət versin”.
Qeyd edək ki, kəşfiyyatçı, baş leytenant Kamil Musəvi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirib.
AzVision.az

Teqlər: Qazi Kamil-Musəvi Türkiyə