Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan S-400-lərin alışı ilə bağlı ABŞ tərəfindən edilən təzyiqlərə boyun əyməyəcək.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert, erməni əsilli Gevorq Mirzayan deyib.
"Ərdoğan indi təslim olarsa, onun nüfuzuna böyük zərbə olar. Belə bir şeyə ehtiyac varmı? Yoxdur. Türkiyəli rəsmilər amerikalılarla razılaşmanın yollarını axtarır. Əgər uzlaşma olmazsa, ABŞ tərəfinin istəkləri də qəbul edilməyəcək”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 almasına qarşılıq olaraq, ABŞ rəsmiləri Türkiyəyə F-35-lərin satışının dayandırılacağı barədə açıqlamalar verirlər.