Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsi keçmiş rəisinin köməkçisi Gürsel Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Shafaqadogru.com open.az-a istinadən xəbər verir ki,, G. Seyidov barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rauf Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin silahlanma bölməsi keçmiş rəisi barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 312.2-ci( vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham verilib.