Ukraynanın "Batkivşşina" partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Pyotr Poroşenkonu siyasi repressiyalarda ittiham edib. Shafaqadogru.com bildirir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, fraksiyasının nümayəndələri Çerkassı vilayətinində hüquq-mühafizə orqanları tərəfindən təqibə məruz qalır: "Əgər kimsə düşünürsə ki, Ukraynada siyasi repressiyalar sona çatıb, təəssüf ki, dərindən yanılır. Mən yerli seçkilərə üç gün qalmış Çerkassı vilayətindən çox ciddi siqnal aldım".
Timoşenko həmçinin fraksiyasına qarşı təzyiqlərin dayandırılması məqsədilə Ukrayna prezidentinə müraciət edib: "Şəxsən Pyotr Poroşenkoya müraciət edirəm: Bəsdirin! Özünüzü və ölkəni biabır eləməyin! Sizin hakimiyyətinizə dörd ay qalıb".