Şəfəqə Doğru » Manşet » “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” – Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır

“AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” – Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır

“AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” – Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır

""Azəryol Tikinti” MMC-nin rəhbərliyi bizi 4 ay qul kimi işlədib, amma əmək haqqımızı vermək istəmir.” "Azəryol Tikinti” MMC-də işləmiş Ağdaş və Qəbələ sakinlərinin adından "AzPolitika.info”-ya göndərilən şikayət məktubunda belə deyilir.

12 nəfərin imzası ilə göndərilən məktubda qeyd olunur ki, sözügedən şirkətin rəhbərliyi fəhlə, gözətçi kimi işlərdə çalışan həmin şəxsləri aldadaraq, 4 ay müddətində onlara bir qəpik də maaş ödəməyib: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən "Azəryol Tikinti” MMC-də fəhlə, mühafizəçi və digər vəzifələrdə işləmişik. Şirkətin rəhbəri Azər Həsən oğlu Hüseynov 4 ay bizi qul kimi işlədib əmək haqqımızı vermədi, bizi aldadıb aradan çıxdı. Hətta Azər Hüseynov bizə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə mən də sizə pul vermirəm. Biz də indi çıxılmaz vəziyyətdə qalmşıq.”

Şikayətçilər A.Hüseynovun hakimiyyətdə yüksək post tutan güclü himayədarının olduğunu iddia edirlər və bildirirlər ki, məhz bu səbəbdən onların problemi həll olunmur, halal əməkhaqlarının ödənilməsi təmin edilmir: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin aparılmasına görə keçirilən tenderi "Azəryol Tikinti” MMC-nin udması heç də təsadüfi deyil. Görünən odur ki, bu MMC-nin rəhbəri Azər Hüseynovun güclü himayədarı var. Ona görə də bu tenderi udub və fəhlələri qul kimi işlədib əmək haqlarını mənimsəyir, vermir”.

Fəhlələr bildirirlər ki, faktla bağlı Qəbələ və Ağdaş prokurorluqlarına şikayətlə müraciət etsələr də, işə baxan yoxdur: "Biz Azər Hüseynovun əməlləri barədə Qəbələ və Ağdaş rayon prokurorluqlarına şikayət ərizələri ilə müraciət etsək də, heç bir nəticəsi yoxdur.”

Sonda saytımız vasitəsilə ölkə rəhbərliyinə müraciət edən fəhlələr adi vətəndaş hüquqlarının təmin edilməsini və halal əməkhaqlarının ödənilməsini xahiş edirlər: "Biz, aldadılmış insanlar mətbuat vasitəsi ilə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirik ki, bizi işlədib əmək haqqımızı mənimsəyən "Azəryol Tikinti” MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynovun barəsidnə qanuni tədbirlər görülsün.”

Məktubu "Azəryol Tikinti” MMC tərəfindən aldadılmış bir qrup vətəndaş imzalayıb: 

1.Piriyev Ramis Eyyub oğlu Ağdaş rayonu Türyançay qəsəbəsi ; 2. Manafov Rüfət Qüdrət oğlu Ağdaş rayonu H.Əliyev prospekti ev 144 ; 3. Hüseynov Mustafa Telman oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi;  4.Həbişov Səməd Xanbaba oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi;  5. İsmayılov Seymur Nəzər oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi;  6. Məmmədov Valeh Tapdıq oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi;  7.Rəhimov Anar Xası oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi;  8.İsmayılova Lalə Yusif qızı Ağdaş rayonu Dəhnəxəlil kəndi;   9.Sərxanlı Sərxan Alı oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi;  10.Mirəddinov Ayaz Nüsrət oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi;   11.Xasıyev Polad Nuru oğlu Qəbələ rayonu Savalan kəndi;  12.Paşayev Nurlan Ərziman oğlu Ağdaş rayonu Dəhnəxəlil kəndi.