Şəfəqə Doğru » Manşet » Ekspert: “Azərbaycanda devalvasiya düzgün olmayan maliyyə siyasətinin nəticəsidir”

Ekspert: “Azərbaycanda devalvasiya düzgün olmayan maliyyə siyasətinin nəticəsidir”

Ekspert: “Azərbaycanda devalvasiya düzgün olmayan maliyyə siyasətinin nəticəsidir”

Samir Əliyev: "Mərkəzi Bankın rəhbəri də deyə bilməz ki, ilin axırı manatın məzənnəsi necə olacaq”

 


"İndi də hiss olunur ki, manatı güclü göstərmək siyasəti yeridilir və bu köhnə qaydada təkrarlanır”.

Bu sözləri Mərkəzi Bankın yumşaq devalvasiyadan qaçma siyasətini PİA.AZ-a şərh edən iqtisadçı ekspert Samir Əliyevsöyləyib.

Bildiyimiz kimi hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, maliyyə sektorunun rəhbərləri üçüncü devalvasiyanı ört-basdır etmək niyyətindədir və əslində manatın ucuzlaşdırılması prosesini məhz Mərkəzi Bank yaradır. Yada salaq ki, həm fevralın 21-i, həm dekabrın 21-i devalvasiyasından öncə Mərkəzi Bank rəhbərliyi manatın kursunun sabit qalacağı vədini vermişdi. Amma verilən vədlər öz əksini tapmadı və ötən il Azərbaycanda iki dəfə şok xarakterli devalvasiya yaşandı.

İlin sonuna qədər manatın indiki səviyyəsini sabit saxlamaq mümkün olacaqmı və Mərkəzi Bank niyə yumşaq devalvasiyadan qaçır? Sonuna qədər manatın məzənnəsini qorumağa çalışır, yoxsa ortada adminstrativ kriteriyalara söykənən qeyri peçəkarlıq yanaşma var?



Samir Əliyev: "Manatın yumuşaq devalvasiyası həyata keçirilmədikcə, kəskin devalvasiya ehtimalı artır”.


Bu mövzunu PİA.AZ-ın əməkdaşı iqtisadçı Samir Əliyevlə müzakirə edib. Mütəxəssisin sözlərinə görə, Mərkəzi Bank manatı əvvəldən yumuşaq devalvasiya ilə buraxsaydı,  həm bunun ağır fəsadları az olardı, həm də insanlar bu qədər əziyyət çəkməzdi:

"İlin sonuna qədər manatın indiki səviyyəsini sabit saxlayacağını bir mənalı demək çox çətindir. Çünki burda bir çox amillər var. Mərkəzi Bankın rəhbəri də deyə bilməz ki, ilin axırı manatın məzənnəsi necə olacaq. Manatın indiki səviyyəsinin saxlanılıb, saxlanılması üçün kənar amillər çoxdu. Bu amillərdən bir neçəsini qeyd edək:

1.Neftin qiyməti: Heç kim zəmanət verə bilməz ki, neftin qiyməti indiki kimi qalacaq. Məsələn, neftin qiyməti düşsə, ucuzlaşsa, manatı indiki səviyyədə saxlamaq mümkün olmayacaq. 

2. Kapital axını məsələsi: Düzdü kapital axını ötən ilə nisbətən azalıb, amma yenə də bu kapital axını qalmaqdadır. Ölkədən pullar çıxarılır. Bunun özüdə manata təzyiqi artırır. 

3. Borc amili: Dövlət bankları tərəfindən borclar xaricə ödənilir və bu borclar üçün dollar tələb olunur. Bazardan dollar alıb borcu ödəyirlər, buna görə də dollar qıtlığı yaranır. 

Digər amillərdə var ki, Mərkəzi Bank hansı addımı atacaq, dövrüyəyə yeni pul kütləsi buracaqmı? Əgər yeni pul çapına başlanılsa, həmin vəsait dollar alışına yönəniləcək və dollara təlabat daha da artacaq. Yəni amillər çoxdur. Bu amillərin hansısa birinin baş verməsi, manatın məzənnəsinə təsir göstərəcək.
 

Samir Əliyev: "MDB ölkələri arasında ən çox manat öz dəyərini itirdi”.


Bu günə baxanda demək çətindi ki, manat ilin sonunda indiki səviyyədə qalacaq ya yox. Məzənnə üzən məzənnə olduğuna görə bu oynayan məzənnədir. Buna görə də, manat kifayət qədər oynayacaq. Mən düşünürəm ki, payıza qədər manatın məzənnəsində kəskin dəyişiklik olmayacaq. Yəni söhbət kəskindən gedir, yüngülvari məzənnə oynaması baş verə bilər. 

Eyni zamanda FES-in qərar məsələsidə var. FES-in toplantıları iyul, sentyabr, oktyabrda və nəhayət dekabrda olacaq. Yəni bundan sonra 4 toplantıları var. Toplatıların birində uçot dərəcəsini qaldırılsa, bu dolların bahalaşması demək olacaq və  bu da manata mənfi təsir göstərəcək. Qeyd etdiyimiz kimi bir sıra amillər var, bu amillərin hansısa birinin baş verməsi, manatın məzənnəsinə mənfi təsir göstərəcək.

Düzgün vurğuladınız ki, manatın məzənnəsi admistrativ formada formalaşır. O mənada yox ki, Mərkəzi Bank deyir ki, bu məzənnədi sadəcə olaraq admistrativ mexaniklərdən istifadə edir və bu mexanizmlər manatı ucuzlaşmağa qoymur. Buna misal üçün aşağıdakıları göstərmək olar:

1.Pul kütləsini məhdudlaşdırmaq: Bu bir istiqamətdir. Mərkəzi Bank pul kütləsini məhdulaşdırmaqla dollara təlabatı azaldır.
 
2.Depozit hərracları: Mərkəzi Bank depozit hərracları keçirir və bunlar da manatı qorumağa yönəldilmiş addımlardı. 

Samir Əliyev: "Mənasız prinsipi əllərində tutdular, manata milyardlarla pul xərclədilər və axırda da manat dəyərini itirdi”.


Bu tipli addımlarla Mərkəzi Bank manatı qoruyur. Əvvəlki devalvasiyalar baş verməzdən əvvəl yumuşaq devalvasiyaya getmək lazım idi. Yəni birinci devalvasiyada Mərkəzi Bank yumşaq devalvasiyaya getməli idi, amma getmədi. Mərkəzi Bankın əsas siyasət odur ki, hamıya göstərsin ki, manat güclüdür bizim manatdan, valyutamızdan yoxdur. Bu mənasız prinsipi əllərində tutdular manata milyardlarla pul xərclədilər və axırda da manat dəyərini itirdi. MDB ölkələri arasında ən çox manat öz dəyərini itirdi. 

Mərkəzi Bank manatı əvvəldən yumuşaq devalvasiya ilə buraxsaydı,  həm bunun ağır fəsadları az olardı, həm də insanlar bu qədər əziyyət çəkməzdi. Azərbaycanda devalvasiya düzgün olmayan maliyyə siyasətinin nəticəsidir. İndi də hiss olunur ki, manatı güclü göstərmək siyasəti yeridilir və bu köhnə qaydada təkrarlanır. Manatı saxlamağa cəhd göstərdikcə, onun kəskin ucuzlaşma ehtimalı artır. Manatın yumuşaq devalvasiyası həyata keçirilmədikcə, kəskin devalvasiya ehtimalı artır. 

İkinci devalvasiya 1manat 55 qəpik idi hətta gəlib düşmüşdü 1 manat 49 qəpiyə. Buna nə ehtiyyac var idi? Heç olmasa qoymazdılar ki, manat 1 manat 55 qəpikdən aşağı düşsün. Amma nəyi isə sübut etmək üçün manatı bahalaşdırdılar. Başa düşürəm burda psixoloji amillər də var. Yəniki əhaliyə demək istədilər ki, manat bahalaşır dollar ucuzlaşır gətirin əlinizdəki dolları banklara verin. Yəqin ki, bunu da arxasında bu fikir dururdu. Düzdür müəyyən qədər dollar axını oldu. Əhalinin müəyyən bir hissəsi dolları satdı, amma gözlənilən nəticə baş vermədi. Mən düşünürəm ki, manatın məzənnəsi iqtisadi yolla tənzimlənməlidir”.

Nərminə UMUDLU