Şəfəqə Doğru » Manşet » Sensasiya...ABŞ İran generalını qətlə yetirdi- Gərginlik son həddədir

Sensasiya...ABŞ İran generalını qətlə yetirdi- Gərginlik son həddədir

Sensasiya...ABŞ İran generalını qətlə yetirdi- Gərginlik son həddədir

İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah”) "Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. "Qafqazinfo”nun "RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə "Əl-Ərəbiyə”, "Əl-Cəzirə” və "Sky News” telekanalları xəbər verib.

İran general Qasım Süleymaninin ölümünü təsdiqləyib. Bu haqda İranın "IRINN” telekanalı məlumat verib.

Öz növbəsində, Pentaqon da general Suleymaninin öldürülməsi xəbərini təsdiq edib. ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə atılıb. 

 

**

Ən son məlumata görə, dünyasını dəyişənlər arasında Həşd-Şəbi mətbuat katibi Cabiri də vardır. General S.Qasiminin şəhadətindən sonra bu dəqiqələrdə ABŞ hərbi qüvvələrinə yüksək hazırlıq siqnalı verilib.

Nicat Novruzov