Şəfəqə Doğru » Manşet » Alman deputatlar da seçki haqqında danışdılar -"Seçki demokratik keçirildi"

Alman deputatlar da seçki haqqında danışdılar -"Seçki demokratik keçirildi"

Alman deputatlar da seçki haqqında  danışdılar -"Seçki demokratik keçirildi"

"Azərbaycanda Milli Məclisə seçkilər demokratik şəkildə aparıldı”. 

Oxu.Az saytı yazıb ki, bu fikirləri  mətbuat konfransında bu gün keçirilən parlament seçkilərində müşahidəçi qismində çıxış edən alman deputatlar deyib. 

Onların sözlərinə görə, seçki məntəqələrində çox sayda seçici və müşahidəçilərin olması onların diqqətini cəlb edib. Bildirilib ki, Almaniyada təşviqat kampaniyalarına daha uzun müddət ayrılır.

 

Milli Məclisə keçirilən seçkilərdə ikinci dəfə iştirak edən beynəlxalq müşahidəçi, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Volf-Ruthart Bornun sözlərinə görə, seçki məntəqələrində hər şey yüksək səviyyədə təşkil olunub: 

"Azərbaycanın dəvəti ilə ikinci dəfədir seçkidə müşahidəçi qismində iştirak edirəm. Biz Azərbaycan hökumətinə dəvət üçün təşəkkür edirik. Əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən məntəqələrdə müşahidə apardıq. Amma həm də Lənkəran, Gəncə və Şəmkirdəki məntəqələrdə də seçkinin gedişatını izlədik.