Şəfəqə Doğru » Manşet » Fəzail Ağamalıdan Ramiz Mehdiyevə qarşı ağlasığmaz iddialar və sərt ittihamlar

Fəzail Ağamalıdan Ramiz Mehdiyevə qarşı ağlasığmaz iddialar və sərt ittihamlar

Fəzail Ağamalıdan Ramiz Mehdiyevə qarşı ağlasığmaz iddialar və sərt ittihamlar

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı sərt ittihamlar səsləndirib.Yazının tam mətni  qafqazinfo saytında  dərc  olunub.(https://qafqazinfo.az/news/detail/hikkesinden-el-cekmeyen-agsaqqal-yasa-dolduqca-daha-da-aqressivlesir-290442)

Fəzail Ağamalının yazısındakı iddialar olduqca düşündürücü və ağlasığmayan ölçülərdə olub. Yazıdakı bəzi iddiaları çıxarış şəklində  oxuculara  təqdim edirik.

  - "...R.Quliyev - F.Əliyev - Ə.İnsanov üçlüyü 2005-ci ildə Dövlət çevrilişinə cəhd etdi. Xalqın ciddi dəstəyi ilə Prezidentimiz tərəfindən çevrilişin qarşısı alındı. Yaranmış şəraitdən sui-istifadə edən Boz kardinal (Ramiz Mehdiyev nəzərdə tutulur) əlinə güclü hakimiyyət toplamağa start verdi. Hakimiyyətin bütün  qanadlarında geniş şəbəkəsini, başqa sözlə desək, piramidasını yaratmağı bacardı. Uzun illər boyu onun səyi və dirijorluğu ilə ölkəmizdəki yeniliklərə maneçiliklər törədilir, Ulu Öndərimizə, dövlətçiliyimizə və cənab prezident İlham Əliyevə sədaqətilə fərqlənənlər küncə sıxışdırılır, bir sıra hallarda qurduğu tələ ilə onlar vəzifədən uzaqlaşdırılır, demokratik prosesin inkişafına əngəllər yaradılırdı...)
 
-  "...O, radikal müxalifətlə iş birliyi yaradaraq qaragüruhu və anarxistləri küçələrə çıxatdırır, polisin vasitəsilə onlara təzyiqlər göstərilirdi. Beləliklə, bir tərəfdən 5-ci kalonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün "vacibliyini” və "təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi. Radikal müxalifəti və korrupsionerləri peşəkarlıqla koordinasiya və idarə edən Baş kordinator (Ramiz Mehdiyev), həm də onu bu vəzifədə himayə edən dövlətin baş prezidenti kimi funksiyasını kölə psixologiyası ilə yerinə yetirməkdə idi..."
 
-"...2003-cü ildən başlayaraq ölkə prezidenti Azərbaycanı regional lider və dünyada nüfuzlu dövlətə çevirmək uğrunda fəal hərəkətə keçdiyi və bu baxımdan mühüm uğurlara imza atdığı zaman kəsiyində Boz kardinal və onun əlaltıları varlanmaq və korrupsiya şəbəkəsi yaratmaq, ölkədaxili qarşıdurmalar layihələrini həyata keçirməkdə idilər. Bu şəbəkə öz fəallığını 2018-ci il prezident seçkilərinin inauqurasiyasına qədər qoruyub saxlaya bildi..."
 
-"...2019-cu ilin sentyabrında Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın İcra katibi Əli Əhmədovun da ciddi dəstək verdiyi "Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşəbbüsü ilə keçirilən dəyirmi masanın baş tutmaması üçün Boz kardinal (Ramiz Mehdiyev) ən yaxın adamlarından biri olan administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri vasitəsilə müzakirəyə dəvət olunan müxalifət partiyalarının iştirakının yolverilməz olduğunu "məsləhət deyil” mesajı ilə pozmağa çalışdı.."
 
-"...Hələ də uzun illərdən bəri bitib-tükənməyən hikkə və ambisiyalarından əl çəkməyən, davamlı və sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən, yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən  və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən "ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir..."
 Millət vəkili Fəzail Ağamalının bu ağır iddia  və ittihamlarına prezident  aparatının keçmiş rəhbərinin cavabı isə hər  kəsə  maraqlıdır.