Bakıda sərt karantin rejimi günlərində Nəsimi rayonunda manevr edən avtomobilin sahibi həbs edilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 99-SC-126 dövlət nömrə nişanlı avtomobili idarə edən Kərimov Nicat Rövşən oğlu bir il sürücülük hüququndan məhrum edilib və 30 sutka həbs olunub.