Şəfəqə Doğru » Manşet » Yaxınların dəfninə SMS-lə getmək mümkün olmayacaq

Yaxınların dəfninə SMS-lə getmək mümkün olmayacaq

Yaxınların dəfninə SMS-lə getmək mümkün olmayacaq

"Ötən dəfə tədbiq edilən karantin zamanı yaxın qohumun dəfnində iştirak etmək üçün 3 indeksi kodu var idi. Lakin bu dəfə bu indeks fəaliyyət göstərməyəcək".

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, bu dəfə qohum dəfnində iştirak üçün 102 xidmətinə müraciət etmək lazım olacaq.
 
O, həmçinin qeyd edib ki, SMS icazə infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq edilən bir xidmətdir. "Əminəm ki, vətəndaşlarımız bu dəfə də yalnız zəruri hallarda və təyinatı üzrə SMS icazə sistemindən istifadə edəcəklər. Çalışaq, qaydalara uyğun olmayan mətnlərlə SMS kanalını məşğul etməyək. Əlbəttə susi-istifadə hallarına yol verilməsi karantin rejiminin pozulması deməkdir, bununla bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcək”.

 

 

 

 

 

 

 

Xatırladaq ki, yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər. SMS-də 2 indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:

1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).