Şəfəqə Doğru » Manşet » Belorusiyada etiraz aksiyaları başlandı

Belorusiyada etiraz aksiyaları başlandı

Belorusiyada  etiraz  aksiyaları  başlandı

Dünən axşam saatlarından Belarusun bir sıra şəhərlərində minlərlə insan etiraz əlaməti olaraq mərkəzi küçələrə çıxıblar.

MK xəbər verir ki, onlar müxalif siyasətçilərin, o cümlədən, prezidentliyə namizədlər Sergey Tixanovski, Viktor Babariko, Nikolay Statkeviç və başqalarının tutulmasına etiraz ediblər.

Minsk ətrafında minlərlə insanın iştirak etdiyi aksiya yeddi saat davam edib.


 

Bu gün səhər saatlarından etibarən insanlar yenidən Minskin mərkəzinə toplaşırlar.

Paytaxtın bəzi bölgələrində və Belarusun digər şəhərlərində internet şəbəkəsinin işləmədiyi bildirilir.