Şəfəqə Doğru » Manşet » Azərbaycanda daha 521 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycanda daha 521 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycanda daha 521 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycanda 521 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az saytına verilən məlumata  görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib. 6 978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 646, ötən müddət ərzində isə ümumilikdə 461 min 861 test aparılıb".