Şəfəqə Doğru » Manşet » Avropanı xilas edəcək olan 3 qadın

Avropanı xilas edəcək olan 3 qadın

Avropanı xilas edəcək olan 3 qadın

Yeni dünyanın siyasi səhnəsində qadınların daha çox saydatəmsil olunması son zamanlar xüsusilə diqqət çəkir və bu bir müsbət hadisə kimi qeyd olunur. Kişilərin daha çox olduğu siyasət dünyası bizə tarixdəki müharibələri, krizisləri və şiddəti daha çox xatırladır.

Dünyanın ən dəhşətli müharibələrinə şahid olmuş Avropa xalqları da bunu fərqindədirlər. Onlar dünyanın ən sabit və sülhpərvər beynəlxalq layihəsi olan Avropa ittifaqını 70 il bundan öncə yaratmışdısa da, təkamülü dayandırmaq niyyətində deyillər. Beləliklə yeni mərhələdə qadınlar öz yerini siyasi sistemdə tapacaq kimi görünürlər. Ona görə də son zamanlar Avropa İttifaqının 3 aparıcı rolunu məhz qadınlar üstləniblər. İkisi alman, biri fransız olan bu qadın liderlər, bütün Avropanın taleyüklü məsələlərinə bir başa təsir edə bilirlər.

 Avropanı xilas edəcək olan 3 qadın

1.Avropanın iqtisadi lideri Almaniyanın Federal Kansleri Angela Merkel onların arasında ən təcrübəlisidir. 66 yaşlı Merkel 15 ildir Almaniyaya öndərlik edir. Krizis dövründə çətin vəziyyətdə olan üzv ölkələrin yardımına yetişmək üçün birlikdə alınan qərarlarda ən son söz sahibi odur. Son krizisdən sonra Fransa ilə birlikdə qərarı verilən 500 milyardlıq kollektiv borckampaniyasına məhz onun razılığından sonra başlana bilib.

 Avropanı xilas edəcək olan 3 qadın

2.Avropa İttifaqının icraçı orqanı olan Avropa Komissiyasının prezidenti, keçmiş alman müdafiə naziri Ursula von der Leyen. 62 yaşlı Von der Leyen Almaniyada müdafiə naziri olmuş ilk qadındır. Müdafiə naziri kimi o qədər də parlaq bir karyera nümayiş etdirməsə də, illər sonra yenə bir ilkə qeyd nail olur və Avropa Komissiyasının ilk qadın rəhbəri olaraq işə başlayır. Qlobal istiləşməyə qarşı ciddi tədbir görməyə başlamaqla imicini gücləndirən Von der Leyen, koronavirus pandemiyası ərəfəsində çətinlikdə olan ölkələr yardımı təşviq edərək daha da qəhramanlaşdı və ilk avropasəviyyəli vaksin proqramını başladaraq, Avropa ittifaqını bir sağlıq birliyinə çevirdi. O həm də səhiyyə sahəsində çalışan böyük firmaların qorunması ilə bağlı addımlar atmağa başlayaraq, sağlıq məsələsini Avropanın ortaq işi olmasına nail oldu.

 Avropanı xilas edəcək olan 3 qadın

3.Və Kristine Laqard. 64 yaşlı hüquq alimi və vəkil, hazırda Avropa Mərkəzi Bankının ilk qadın rəhbəridir. O, bu funksiyaya Beynəlxalq Valyuta Fondundakı (BVF) direktorluq vəzifəsindən imtina edərək gəlmişdir. Bu mövqeyə də yenə ilk qadın direktor olaraq gələn Laqard,bu vəzifədən əvvəl isə Fransanın iqtisadiyyat naziri idi. Böyük 8-lərin üzvü olan ölkələrində iqtisadiyyat naziri olmuş ilk qadın olan Kristin Laqard, dünya gündəliyinə BVF direktoru olarkən Yunanıstanı xilas edən və beləcə Avropa ittifaqını ayaqda tutan yardım kampaniyasına icazə verməklə düşmüşdü.Hazırda bütün Avropanın pul vahidi olan avronun nəzarəti onun prezidenti olduğu qurumun əlindədir. 1 trilyon avroluq borc vermə kampaniyasını başlatmaqla o bütün Avropanın iqtisadiyyatını ayaqda tutmaq qətiyyətdindədir.

Kişilər fəth etmək, qadınlar hifz etmək (qorumaq) işində güclüdürlər. Kişilərin hökm etdiyi dünyada insan oğlu böyük fəthlər edə bildi. Artıq, dünyanı qoruyub ayaqda tutmaq üçün çalışmaq lazımdır. Bunu isə qadınlara şans verməklə bacarmaq olar.