Şəfəqə Doğru » Manşet » Maska, Virus, Vaksin, Aclıq – Dünyanın başı xarab olub. (Düşünmək üçün) Dünyanın başı xarab olub. (Düşünmək üçün)

Maska, Virus, Vaksin, Aclıq – Dünyanın başı xarab olub. (Düşünmək üçün) Dünyanın başı xarab olub. (Düşünmək üçün)

Maska, Virus, Vaksin, Aclıq – Dünyanın başı xarab olub. (Düşünmək üçün) Dünyanın başı xarab olub. (Düşünmək üçün)
Mən virusla bağlı, maska taxıb-taxmamaqla bağlı mütəxəssis deyiləm, bəzi fikirlərimi qeyd edim, mümkünsə mütəxəssislər aydınlıq gətirsinlər. Koronavirusun ölçüsü 0,1 mikrondur, yəni, bir iynənin ucunda 100 mln. virus yerləşir. Adi, bizdə indi çox baha, 30 qəpiyə satılan maskaların məsamələrinin arası virusun ölçüsündən 10 dəfə çoxdur – təsəvvür edin ki, boyu 1,70 olan insanı dəmir barmaqların arasına salırlar, o barmaqlıqların kiçik hissələrinin ölçüsü 17 metrdir, yəni, boyu 1,70 olan insan 17 metr arası olan barmaqlıqlardan asanlıqla keçər, insanı o barmaqlıqlar saxlaya bilməz. Görəsən virusla da bağlı analogiya eynidirmi?! Mütəxəssislər bu haqda nə düşünür?! Belə proporsiyada adi 30 qəpiklik maskanın, hansını ki, bizim insanlar ancaq polis görəndə taxırlar, hansını ki, bəzən günlərlə ciblərində gəzdirib eyni maskadan istifadə edirlər – qoruma effekti varmı?!
Teref.az yazır ki, bunu ReAl Partiyasının funksioneri Natiq Cəfərli deyib.
Daha bir mühim məsələ vaksinlə bağlıdır, indi bütün Dünya koronavirus vaksini axtarır, bu işə onmilyardlarla dollar vəsait xərclənilir. Amma, bütün proqnozlar onu deməyə imkan verir ki, vaksinin tapılması, bütün klinik testlərdən keçməsi və kütləvi istehsala başlanılması, azı, 1 il çəkəcək və ən yaxşı halda gəlin ilin ortalarına hazır olacaq. Amma, əgər virusun yayılma sürətini və simtompsuz xəstələrin sayını nəzərə alcaq (Çində noyabrda xəstələnən 1 nəfər son 7 ayda rəsmən 200 ölkədə 10 mln. nəfəri yoluxdurub, qeydiyyata alınmayan yoluxma sayı isə bundan, bəlkə də 100 dəfə çoxdur), bu ilin sonuna dünya əhalisinin 70%-nə yaxını yoluxacaq, deməli təbii immunitet, təbii vaksin yaranacaq. Bəs bu qədər vəsaiti nə üçün xərcləyirlər?! Bir daha – mən bu sahədə mütəxəssis deyiləm, sadəcə suallar verirəm. Necə deyərlər, sual düzgün qoyulursa, uzun zaman qoyulduğu yerdə durur.

Daha bir çox ağrılı məsələ haqqında yazmaq istəyirəm. Bu gün dünyada 845 mln. nəfər aclıqdan əziyyət çəkir, hər il dünyada aclıqdan və keyfiyyətli suya çıxışı olmadığına görə 6 mln. uşaq, ümumilikdə isə 30 mln. nəfərə yaxın insan ölür. Dünyada aclığa və susuzluğa qalıb gəlmək, bu ölümlərin qarşısını almaq üçün hər il, təqribən, 150-200 mlrd. dollara ehtiyac var. Bu il koronavirusla mücariləyə, bu bəlanın dərman və vaksininin tapılmasına dünya ölkələri artıq 500 mlrd. dollar pul ayırıblar, pandemiyanın iqtisadiyyata vurduğu ziyanı önləmək, dünya iqtisadiyyatını yenidən işə salmaq üçün isə 2020-ci ildə 12 trilyon dollar vəsait xərclənəcək. Yaxşı, ay Dünyanın baş bilənləri, insan həyatı sizin üçün bu qədər qiymətlidirsə nədən hər il dünyada aclıqdan, susuzluqdan ölən 30 mln. nəfəri, 6 mln. uşağı xilas etmirsiniz?! Aclığın "dərmanı” çörək, "vaksini” keyfiyyətli yemək və sudur axı...

P.S. Maraqlı bir sayt var – worldometers info, bu saytda real zaman kəsimində bir çox statistika öz əksini tapır, mən bu statusu yazmağa başlayanda bu gün dünyada aclıq və susuzluqdan 15 min 968 nəfər artıq ölmüşdü, statusu yazıb bitirəndə bu rəqəm artıq 16 min 882 nəfər oldu...

P.P.S. Bu yazı o anlama gəlmir ki, virus yoxdur – var, öldürücü və axmaq xəstəlikdir, qorunmaq lazımdır, amma Dünyanın başı düz işləmir, bir çox işlər doğru getmir, virusla mücadilə insanların xilas olunmasına deyil də, dünyada maraqların idarə edilməsinə xidmət edir...
Natiq Ceferli
Teref.az