"Rusiya Yaponiya ilə sülh müqaviləsi bağlamaq imkanlarını müzakirə edir, amma Kuril adalarının ərazi mənsubiyyəti haqda düşünülmür, bu, Rusiya ərazisidir”.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrini tanımayanadək, sülh müqaviləsi işləməyəcək. Kosaçev onu da vurğulyıb ki, Rusiya heç bir halda öz ərazisinin bir hissəsindən imtina etməyəcək. Uzun illərdir Rusiya və Yaponiya arasında Kuril adaları üzərində münaqişə davam edir. Hər iki ölkə bu ərazilərə iddialıdır.