Bu günlərdə redaksiyamıza Akkord Qazax Su Kanalizasiya Lahiyəsi İdarəsinin işçiləri tərəfindən müraciətlər daxil olur.Belə ki, adı çəkilən idarə artıq bir ilə yaxındır ki, Qazax şəhərində işə başlamışdır.İnsafən iş sürətlə gedir. Demək olar ki ,Qazağın hər bir küçəsində adı çəkilən idarənin texnikası və işçi qüvvəsi işləyir. Qeyd edək ki, bəzi küçələrdə və məhəllələrdə yaşayan ev sahibləri həmin idarənin rəhbərliyinə qarşı etiraz edirlər. Belə ki, bəzi tikili evlərdə hələ yaşayış olmadığından həmin evlərə lüklərdən xətt ayrılmır və ev sahibləri sonradan bilirlər ki, onların evinə xətt ayrılmayıb. Ev sahibləri isə onlara xətt ayrılmamasına görə etiraz edirlər. Belə hallar çox olur. Əsas narahatlıq verici mövzu isə tamam başqadır. Aparılan bu qədər işlərlə yanaşı, artıq beş aydır həmin idarədə işləyən işçilərin çox hissəsi maaş almadığı iddia edilir. Dəfələrlə redaksiyamıza bu şikayətlə müraciət edənlər olub. Müraciət edənlərin hər birisi də ayrılıqda adlarının çəkilməməsini xahiş edirlər. Səbəb isə odur ki, adları açıqlanacağı halda, işlərini itirmək və almadıqları maaşlarını da ala bilməyəcəklərinə inanırlar.Yəni, idarədən onlara tapşırılıb ki, maaş verilmədiyini heç yerdə bildirməsinlər. Faktla əlaqədar , Akkort Qazax Su Kanalizasiya Lahiyəsinin rəhbəri Sədi Namazovla görüşdük və suallarımızı ünvanladıq.Sədi Namazov isə ilk növbədə kimlərin şikayət etdiyini soruşdu ,daha sonra isə "məlumat yanlışdır, var bizdə bir ay , iki ay almayanlar var amma, beş ay almayan yoxdur" dedi.Bəs onlar nə vaxt maaşlarını alacaqlar ,indi aillələri necə dolanır sualına isə,:- "elə şeylər var ki, bizdən asılı deyil şirkətdən asılıdır" deyə cavablandırdı.
Qeyd etməliyik ki, həmin idarədə əmək müqaviləsi və xidməti müqavilə ilə işləyənlər var. Eyni zamanda hamısından redaksiyamıza şikayət daxil olub ki dörd- beş aydır maaş almırlar.
"Şəfəqədoğru" işçilərin xahişini nəzərə alaraq mövzunu işıqlanırır. Ümidvarıq ki , aidiyatı qurumlar və şirkətin rəhbərliyi bu işlə maraqlanacaq və işçilərin hüquqi bərpa olunacaq.
Qarşı tərəfində fikrini dərc etməyə hazırıq .Mövzuya qayıdacağıq.
Neymət Novruzlu .