Şəfəqə Doğru » Manşet » Prezident Aparatının rəhbəri koronavirusa yoluxdu

Prezident Aparatının rəhbəri koronavirusa yoluxdu

Prezident Aparatının rəhbəri koronavirusa  yoluxdu

Braziliyanın Prezident Administrasiyasının rəhbəri Valter Braqa Nettonun koronavirus test nəticəsi pozitiv çıxıb.

Barədə administrasiyanın Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Braqa özünü yaxşı hiss edir və onda heç bir simptom müşahidə olunmur.

 

Onun hazırda özünü təcrid etdiyi və işinə məsafədən davam edəcəyi qeyd olunub.

Xatırladaq ki, keçən həftə Braziliya Prezidentinin həyat yoldaşı Mişel Bolsonaro və Elm və Texnologiya naziri Markus Pontesin də koronavirusa yoluxduğu açıqlanmışdı.(qafqazinfo.az)