Şəfəqə Doğru » Manşet » Daş Salahlı kəndində yeni bağça binasının tikintisinə başlanılıb

Daş Salahlı kəndində yeni bağça binasının tikintisinə başlanılıb

Daş Salahlı kəndində yeni bağça  binasının tikintisinə  başlanılıb

Qazaxın Daş Salahlı  kəndində  fəaliyyət  göstərən "Qazax Sement Zavodu” MMC-nin  maddi dəstəyi ilə  daha bir  uşaq  bağçasının tikilməsinə başlanılıb. 


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Sement Zavodu” MMC-nin İdarə heyətinin üzvü Hikmət Əliyev və digər aidiyyəti şəxslərlə birlikdə Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni tikiləcək binanın yerinə baxış keçirib, görülən işlərlə tanış olub.


Rayon rəhbərliyinə məlumat verilib ki, hazırda inşa olunacaq binanın özül hissəsinin tökülməsi üçün qazıntı işləri aparılır. Görülən işlərlə tanış olan rayon rəhbəri lazımi tapşırıq və tövsiyələrini verib.

Bağça müdiri Təranə Sultanova uşaqlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Bağça müdiri qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının nəticəsidir ki, onlar da öz növbələrində bu cür xeyirxah əməllərə imza atırlar. Yeni bağça binasının tikintisinə görə bütün kənd sakinləri adından "Qazax Sement Zavodu” MMC-nin kollektivinə və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdıran bağça müdiri rayonda, eləcə də Daş Salahlı kəndində görülən işləri yüksək qiymətləndirib // goyezen.az