Şəfəqə Doğru » Manşet » "Rusiyanı Qafqazdan çıxarmaq gündəmin əsas mövzusudur" - GƏLİŞMƏ

"Rusiyanı Qafqazdan çıxarmaq gündəmin əsas mövzusudur" - GƏLİŞMƏ

"Rusiyanı Qafqazdan çıxarmaq gündəmin əsas mövzusudur" - GƏLİŞMƏ
Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan BBC kanalının "Hard talk" verilişinə müsahibə verib. O, jurnalistin kəsərli sualları qarşısında aciz qalaraq, özünü itirib. Paşinyan dili topuq vura- vura tarixi saxtalaşdırmağa cəhd etsə də, bunu bacarmayıb. Və Dağlıq Qarabağ əhalisinin 18 faizinin erməni olduğunu etiraf edib.

Paşinyanın növbəti biabırçı çıxışı haqqında "Sherg.az"a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, belə addımlar Ermənistanın "qaşındığının" bariz nümunəsidir:

"Kəlbəcərdə, Laçında və başqa rayonlarda ermənilərin məskunlaşdırılması prosesi gedir. Bu azmış kimi, İstisu qablaşdırılaraq Cermud suyu altında xaricə göndərilir. Rayonlar arasında yol çəkilir. "Hard talk" verilişində Paşinyan bundan xəbəri olmadığını dedi. Düzdür, yol xaricdə fəaliyyət göstərən erməni diasporunun yığdığı ianələr hesabına çəkilir. Amma bu, baş nazirin özünə bəraət qazandırmasına haqq vermir. Paşinyan dünya ictimaiyyətini ələ salıb. Ermənilər min cildə girə bilən xalqdır. Paşinyan və onun tək siyasi liderlər də belə bir mənəviyyatsız millətin nümayəndələridir".

Q. Hüseynlinin fikrincə, ermənilərin bu addımlarına cavab verməyin ən optimal yolu müharibədir:

"Paşinyanın rəzil addımlarının qarşısını Azərbaycan əsgəri almalıdır. Bizim hərbi əməliyyatlara başlamaqdan savayı yolumuz yoxdur. Aprel döyüşlərində də, Tovuz hadisələrində də gördük ki, bizə mane olan Rusiyadır. Amma Türkiyə, sağ olsun, sonadək yanımızda olduğunu bildirdi. İndi Rusiyanı Qafqazdan çıxarmaq gündəmin əsas mövzusudur. Türkiyənin dəstəyi ilə qüvvələr nisbəti arasındakı ciddi dəyişiklik daha Rusiya ilə ehtiyatlı davranmağımıza yox, əksinə, münasibətlərdə bərabər hüquqlu tərəflər kimi çıxış etməyimizə şərait yaratdı. Dövlət başçısının Rusiya prezidenti Vladimir Putinə zəng edib, ondan açıqlama tələb etməsi də bunu sübut edir".