Pandemiya dalğası ictimai, siyasi, sosial mənzərənin kölgəsində gizlənən neqativləri meydana çıxarır. Gündəmin impulsunu vəzifə adamlarının, xüsusilə Ramiz Mehdiyevin nəvəsinə etdiyi toy mərəkəsi və onun səs-küyü zəbt edib. Qanunları çeynəyən qanun yazanlar və hökumət nümayəndələrinin özbaşına, məsuliyyətsiz hərəkətləri pislənir. Dövlət özünü xalqdan üstün tutan, qanunlara məhəl qoymayan məmurlara yaddan çıxarmayacaqları "toy"u tutur. Nə baş verir?
MMP sədi Hafiz Haçıyev Versus.az-a müsahibəsində məsələ ilə bağlı ciddi nüanslara toxunub.
- Hafiz müəllim, pandemiya ilə bağlı Nazirlər Kabinetinin toy- yas mərasimlərinin keçirilməsinə qoyduğu qadağa elə hökumətin nüfuzlu simaları tərəfindən pozuldu və dərhal da əks reaksiyalar verilərək toy sahibləri cəzalandı. Sizin də həmişə sərt tənqid etdiyiniz Ramiz Mehdiyev və onun kürəkəninin keçirdikləri toyun əks-sədasının bu cür sərt olacağı nə dərəcədə gözlənilən idi?
- Əgər bu məsələyə Hafiz Hacıyev qarışıbsa, qanunların tapdanmasının əleyhinə gedirdimsə, dövlətin təhlükəsizliyi, insanların sağlamlığına biganə qalmayan dövlət başçımız varsa, əlbəttə ki, bu reaksiya verilməli idi. Belə bir nəticəni gözləyirdik. Mənim bir məqsədim var ki, Azərbaycanda əminəmanlıq, dövlətçiliyin möhkəmləndirilməsi gücləndirilsin, harınlamış məmurlar, dövlət başçısına xəyanət edən insanlar sıradan çıxarılsın. Son toy olayı açıq şəkildə Ramiz Mehdiyevin dövlət bàşçısına əzələ nümayişi idi. Yəni "mən saymıram, elə "5-ci kolon"un başında mən durmuşam və cənab Prezident sizin qoyduğunuz qanunlar mənim üçün heç bir şeydir" fikrini millətə təlğin etmək istəyirdi. Özünün ətrafına yığdığı, hansı ki, dövlətdən milyardları oğurlayıb altına yığan Ziya Məmmədovlar, Elmar Məmmədyarovlar, Eltonlara, Eldar Mahmudov, Eldar Həsənovlara stimul vermək istəyirdi ki, "siz narahat olmayın, görürsüz mən qanunları saymıram, icazə verilmədiyi halda nəvəmə toy edirəm”. Mən təəssüf edirəm ki, dövlət orqanlarının üzvləri olan insanlar da o toyda iştirak elədilər. Bizim Ombudsman iştirak elədi, YAP-ınn idarə heyətinin üzvləri iştirak elədi. Bu isə arzuolunmaz faktdır. Rəhmətlik Heydər Əliyevin bir sözü var idi, deyirdi ki, "sən mövqeyini bildir". Bunlar da mövqe bildirdilər. Ramiz Mehdiyev istər Prezident Aparatında olanda, istərsə də indiki işində dövlət başçısına nə qədər xəyanətlər edib. Axı İlham Əliyevin hakimiyyətə gəlməsini həzm edə bilmirdi və cənab Prezidentin ünvanına xoşagəlməz ifadələr işlətmişdi, qisasçılıq hissi ilə alışıb-yanırdı.
"Ən yaxın qohumlarına çatdırdım ki, bu adam xəyanət yolunu seçib”
Mehriban Əliyevanın 1-ci vitse-prezident olmasına qarşı da çox böyük narazılıq ifadə etdi. Yadınıza gəlirsə, Mehriban xanımı 1-ci vitse-prezident olaraq təqdim ediləndə o ayağa qalxmamışdı. Ramiz Mehdiyev şəxsən mənim yanıma adam göndərirdi ki, onun yanında olum və dövlət başçısının, Mehriban xanımın əleyhinə çıxışlar edim. Mehriban xanımın ən yaxın qohumlarına çatdırdım ki, bu adam artıq xəyanət yolunu seçib. Bu gün Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə erməni qədər ziyan vurub. Onun arvadı, qohumları ermənidir. Amma bu gün ondan qorxan nə qədər Azərbaycanda çirkli, rüşvətxor, anası erməni olan insanlar var hamısını hakimiyyətdə verləşdirib. Nazir qoydurdu, müavin elədi, aparatın hamısı Ramiz Mehdiyevin adamlarıdır. Ramiz Mehdiyev elə bir sistem qurmuşdu ki.. Abel Məhərrəmov o gün dedi ki, "bu, sizin xidmətlərinizdir” Belə çıxır ki, rəhmətlik Heydər Əliyevin, bu gün bizim Prezident İlham Əliyevin heç bir xidmətləri olmayıb, görülən işlərin hamısını Ramiz Mehdiyev edib? ..Ramuz Mehdiyevin xasiyyəti onun xəyanətdən əl çəkməsinə imkan verməyib, bu gün də vermir və əl çəkməyəcək də...
- Gəlin məsələyə belə yanaşaq, deyək ki, Ramiz Mehdiyev nəvə toyuna qatılan bir babadır. Belə olduğu halda nəyə görə hədəfdə o olmalıdır. Bilirik ki, toy edən adam da cəzalanıb. Ramiz Mehdiyevin haqqında "nə qərar verilməlidir" fikri müzakirə olunur. Hətta Siyavuş Novruzov deyib ki, çağırılıbsa necə getməmək olar. Bu yanaşmalara fikriniz nədir?
- Bu yanaşmalar düzgün deyil. Siyavuş Novruzov bir müddət əvvəl müsahibəsində demişdi ki, "onun əlindən öpənlər..." Siyavuş müəllim bilməlidir ki, onun əlindən gözükölgəli Siyavuş Novruzov kimi adamlar öpə bilər. Bu adamlar həmişə üzdə bir söz, dalda başqa söz deyiblər.
Bu toy başqasının olsa da, əsas rolda Ramiz Mehdiyev olub. Ağsaqqaldır da, düzdür, Allah ona ağsaqqallıq qismət eləməyib, yaraşmır ona ağsaqqal demək. Gərək o deyəydi ki, dövlət başçısının qərarı var, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var. Kasıb 3 nəfər yığılıb tövlədə bir dənə üzel taxanda dərhal aparıb onları sıraya düzürlər. Belədirsə Ramiz Mehdiyev niyə çöldə qalmalıdır. Ramiz Mehdiyev nə qədər çöldə qalacaqsa, Azərbaycanda dövlət çevrilişi geniş vüsət alacaq.
"Sən necə Ombudsmansan ki, qeyri-qanuni keçirilən tədbirdə iştirak edirsən?”
Bu gün Siyavuş müəllimə töhmət verdilər, bu çox azdır. Yaxud Ombudsman, sən nətər qanunların keşiyində dayana bilərsən, sən necə Ombudsmansan ki, qeyri-qanuni keçirilən tədbirdə iştirak edirsən? İndi də Siyavuş Novruzov deyir ki, Ramiz Mehdiyev bizi aldatdı ki, Prezident İlham Əliyevin icazəsi var və özü də iştirak edəcək. Uşaqsız sizi aldadalar? Belə gülünc vəziyyətə niyə salırsız özünüzü?
İndi Ramiz Mehduyev Azərbaycanda dövlət çevrilişi etmək istəyənlər içindədir. Onun çox gizli səsyazmaları var. Türk ordusunun azərbaycana gəlməsinin əleyhinə çıxan da onun komandası oldu. Ramiz Mehdiyevin kadrlarından biri bu gün Prezident Aparatında oturan ən qatı adam Zeynal Nağdəliyevdir. Görürsüz, rayonları iflic edib.
Başqa yolu yoxdur. Bu gün Mehdiyevin kürəkəninə 15 sutka verildi, onun özünün ağzının üstündən vuruldu, dedilər otur yerində. Amma bu oturmayacaq, bunun xisləti elədir ki, kini-küdurəti yatmayacaq. Ramiz Mehdiyev ev dustağı edilməlidir.
Məm AMEA-nın üzvlərinə müraciət edirən: qoy onlar gedib belə adamın ideologiyası altında işləməsinlər. Onun nəfəsini duymasınlar, hamısı məsələ qaldırıb onun istefasını tələb etsinlər. Elə faktlar var ki, hələ ki, demək istəmirik. İndi geosiyasi cərəyan keçir. Bizim mübarək olmamış Ramiz Mehdiyevin müxalifəti Əli Kərimlilər, Cəmil Həsənlilər Belarusda baş verənlərin Azərbaycana yönəldilməsinə çalışırlar. İndi isə düşünürəm ki, Mehdiyevin kürəkəninə verilən cəza az idi. Onlara cinayət işi açılmalı, bu günə qədər oğurladıqlarının hamısı əlindən alınmalıdır. İlanı yaralayıb buraxmağa dəyməz.
- Hafiz müəllim, həmin toyda Abel Məhərrəmov xalqa istinadla danışdı və Ramiz Mehdiyevə müraciətlə dedi ki, - "Ramiz müəllim, biz xırda adamlarıq, sizi xalq sevir, dəstəkləyir". Sosial şəbəkələrdə isə insanların məsələ ilə bağlı reaksiyası bəllidir. Sizcə bu hadisədən sonra Abel Məhərrəmovun dediyi o xalq Ramiz Mehdiyevi necə dəstəklədi?
"Abel bu çıxışına görə YAP-dan xaric edilməlidir”
- Abel Məhərrəmovu kim gətirib o vəzifəyə qoymuşdu? Bir dənə köhnə kostyumu var idi, "ximçistkada" təmizlədib geyinirdi. Heydər Əliyev gətirib ona çörək verdi. Xalq Ramiz Mehdiyevin nəyini dəstəkləyir? İndi 5 milyon qərbi azərbaycanlı onu sevmir. İkinci, onun hansı işinə görə onu dəstəkləməkdir. Rüşvətxoru, korrupsiyanı, Azərbaycanda hər an vətəndaş müharibəsi təhlükəsini yaratmasına, dövlətə zərbə vurmasına görəmi xalq onu dəstəkləməlidir? Azərbaycanda korrupsiyanın çiçəklənməsinin başında duran odur. Ona görə də Abel bu çıxışına görə YAP-dan xaric edilməlidir. Onun oğlu Eldar Həsənovla iş birliyində olub. Xaricdəki hoqqaları açılmalıdır. Dünənə qədər mənim Abel Məhərrəmova dünənə qədər hörmətim var idi. İndi sən nə danışırsan Abel Məhərrəmov, sənin fikrincə Heydər Əliyev, İlham Əliyev heç bir iş görməyib də, hamısını Ramiz Mehdiyev görüb? Abel Məhərrəmovun dediyi o xalqın rəyini harda öyrəndi, harda sorğu keçirdi? Bəli, onu dəstəkləyənlər var - Ziya Məmmədovlar, onun deputat qohumları, Ramiz Mehdiyevin təyin etdiyi deputatlar.. Gördünüz, 2-3 nəfər istisna olmaqla bir nəfər də danışmadı. Bu baxımdan deyirəm ki, Abel Məhərrəmovun özündən bir izahat alınmalıdır - sən o sözü nəyə əsasən deyirsən. Hansı xalqın onu sevdiyini, hansı xidmətlərinə görə sevdiyini sübut eləməlidir. Mən dediklərimi sübut edirəm. Deyirəm ki, Ramiz Mehdiyev cimayətkardır. İstənilən məhkəmədə sübut eləməyə hazıram. Abel Məhərrəmov nəyə əsasən danışır. Bunlar hamısı dövlətin gəkəcəyi üçün mühüm fikirlərdir.
Mütləq Ombudsman istefa verməlidir, Siyavuş Novruzov YAP-dakı vəzifəsindən getməlidir. Kim kimnəndir bilindi, bundan artıq nə olmalıdır? Abel Məhərrəmovun oğlu səfirdir, təcili geri çağrılmalıdır. Və bu həssas dövrdə dövlət başçısına xəyanət edənlər bir-bir açılıb xalq qarşısına çıxarılmalıdır. Bunu mən deyirəm, buna görə də Ramiz Mehdiyev məni öldürtməklə hədələyir. Bu barədə hüquq-mühafizə orqanlarına məlunat vermişım. Amma mən susmayacam, dövlətimin, dövlət başçmızın yanındayam.
- Siyasi partiya olaraq siz və daha bir neçə partiya öz münasibətinizi bildirdiniz. Adında "Xalq" sözü olan və xalqın adından çox danışan AXCP-dən necə, verilən hər hansı reaksiyaya rast gəldiniz?
- Mən onlardan hər hansı reaksiya görmədim. Bunlar hamısı Ramiz Mehdiyevin psevdo-müxalifətidir. O müxalifətin başında Kərimov Əli, Həsənov Cəmil durur. Əksinə, həmin bu müxalifət bunları müdafiə edir. Xaricdə açılan internet televiziyaları, Kərimlilər hamısı Ramiz Mehdiyevi müdafiə edirlər. Onlar bütün neqativləri dövlət başçısının üstünə yükləyirlər. Necə ki, Abel Məhərrəmov kəşf edib ki, Ramiz Mehdiyevi xalq sevir, sevməyənləri də başqa adamların ayağına yazırlar. Ona görə də Kərimovun müxalifəti Ramiz Mehdiyevin istəyi qədərdir. Bunlar bir komandadır. Burda iş bölgüsü aparılmışdı. Qarışıqlıq salan Kərimov Əlinin dəstəsi olmalıydı, hakimiyyətə Eldar Həsənov gələcəkdi, Abbas Abbasov orda iştirak edirdi bunların da "xaç ataları" Ramiz Mehdiyev idi, hakimiyyəti böləcəkdilər. Parlamentdə Ramiz Mehdiyevin təyin etdiyi deputatların hamısı Ramiz Mehdiyevə dəstək verəcəkdi.
Onu da deyim ki, Kərimov Əlilər yox, bizik müxalifət. Müasur Müsavatdan başqa hakimiyyətdə olan bu insanların üstünə gedib onları ifşa edənlər varmı? Yoxdur. AXCP nə edir, yalnız düşmənin dediklərini təkrarlayır. Onlar ancaq dövlət başçısının əleyhinə, hakimiyyətin dəyişməsinə görə vuruşan insanlardır. Buna da nail ola bilməyəcəklər. Neçə ki Hafiz Hacıyev kimi dövlət başçısını həyatından çox istəyən insanlar var, onlar buna nail ola bilməyəcəklər.
"Qoca adam gedər oturar evində, niyə farağat durmur?”
- Hafiz müəllim, sosial-siyasi sferadan cərəyan edən proseslərə adekvat suallardan biri də budur və siz də ona toxundunuz. "Qoca" dediyiniz bu şəxs sadaladığınız təhlükələri yaratmaq üçün o gücü, "silahı" hardan alır?
- Bu gün bu qüvvələr ideoloji silahdan istifadə edirlər. Bu gün beyin müharibəsi gedir. Ramiz Mehdiyev kimi adam sakit otura bilmir. Deyirsiz ki, necə edə bilər. Yaxşı, Eldar Həsənovu necə hakimiyyətə gətirirdi? İstintaqda ciddi məsələlər var, ortaya çıxacaq. Məsələn, Ramiz Mehdiyev deyir ki, oğlum Aparatda mənim yerimdə oturmalıdır. Yəni vəzifələri bölüşmüşdülər. İdeoloji müharibənin başında o durur və ona dəstək olan başqa dövlətlər də var. Onlar Ramiz Mehdiyevdən tələb edirlər ki, necə səni bu günə qədər Prezident Aparatında oturtmuşuq, indi zəhmət çək bizə xidmət elə. Onun Dağıstanın keçmiş prezidenti Ramazan Abdulatipov ilə olan telefon danışıqları da üzə çıxıb, onun xarici ölkələrə təyin etdiyi səfirlərə hansı tapşırıqlar verməsi - hamısı ortadadır. Bizim Abel Məhərrımobv Ramiz Mehdiyevə verdiyi tərifi elə-belə demir ki... Mehdiyev Məhərrəmova deyib ki, Azərbaycanda yaxşı akademik yoxdu, mən gedəcəm yerimə də səni qoyacam. Ona görə Abel Məhərrəmiv şirnikib orda danışıb. Məsələ budur. Onlar ağılsız deyil ki, gedib boş yerə ona ləbbey deyirlər. Ona görə ki, hamısını hakimiyyətə qaytarmağa söz verib. Ramiz Mehdiyevin başına niyə yığşırlar, bunların hamısı açılmalıdır. Siz düşünməyin ki, yaşlı adamdı, yazıqdı. Qoca adam gedər oturar evində, niyə farağat durmur? Ona görə ki, bu adam dövlət başçısına xəyanət etməkdən ötrü ölür.
- Hafiz müəllim, yaranmış bu gərgin durumu necə izah etmək olar. Hakimiyyətdə qanunlara tabe olmamaq, hakimiyyətdə parçalanma kimi hallar hansı durumdan xəbər verir və bu reaksiyalar nəyi göstərir?
- Vəziyyət çox gərgindir. Qorxmadan, çəkinmədən xəyanət edənlər vəzifədən kənarlaşdırılmalıdır. Bu gün olduğu kimi xalqa göstərməlidir ki, hələ Azərbaycanın qanunları işləyir, Azərbaycan Prezidenti xalq tərəfindən dəstəklənir. Cəsarətlə deyirəm ki, ölənə qədər onunla bir yerdə olub onun ətrafında olan o "xişnik”ləri, xəyanətkarların axırına çıxacağıq. Amma bu iş çətin olacaq. Dövlətimiz bizim üçün əzizdir, dövlətimizin başında duran insan da bizim üçün əzizdir. Həmişə də onun yanındayam. Dövlətçiliyimizi qorumaq üçün hakimiyyət təmizlənməlidir. Yoxsa, necə deyərlər, bu xəmir hələ çox su aparacaq.