Şəfəqə Doğru » Manşet » Düşmən Tərtər və Ağdamı artilleriya atəşinə tutdu- mülki şəxs həlak olub

Düşmən Tərtər və Ağdamı artilleriya atəşinə tutdu- mülki şəxs həlak olub

Düşmən  Tərtər  və Ağdamı artilleriya  atəşinə  tutdu- mülki şəxs həlak olub

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.


Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 09 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib. 
 
Həmçinin Ermənistan ordusunun atdığı top mərmisi Ağdamın Gül Baharlı kənd tam orta məktəbinə və rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinə ziyan vurub. Gül Baharlı kənd sakini Məzahir İsmayılovun evinə, Rəşid Vəliyevin evinə və yardımçı tikilisinə də mərmi düşüb.