Şəfəqə Doğru » Manşet » Bakıda qələbə paradı keçiriləcəkmi? -deputat danışdı

Bakıda qələbə paradı keçiriləcəkmi? -deputat danışdı

Bakıda  qələbə paradı keçiriləcəkmi? -deputat  danışdı

Azərbaycanın Böyük Vətən Müharibəsindəki 10 noyabr tarixli zəfərinin yekunu olaraq Qələbə paradı 
mövzusu ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az saytına  deyib ki, paradın keçirilməsi vacibdir və Prezident də çıxışlarında Qələbə paradıınn keçirilməsinə müsbət yanaşıb:
"Azərbaycan Respublikası 30 ildir işğal altında qalan torpaqlarını azad etməklə dünyaya bəyan etdi ki, güclü dövlətdir və onun güclü, siyasi lideri var. Qələbə paradının keçirilməsinə çox böyük ehtiyac var. Yəqin ki, 10 noyabr Azərbaycanda Qələbə günü kimi qeyd ediləcək, çünki bizim torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın kapitulyasiya günüdür. Parad keçirilməsi məqbuldur və bununla əlaqədar cənab Prezident yəqin ki, göstərişlərini verəcək”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov da qeyd edib ki, Qələbə paradı olacaq:
"Lakin hazırda diqqətimiz Dağlıq Qarabağda işğaldan azad olunmuş rayonlarımızın boşaldılmasındadır. Müharibə o vaxt tam qurtaracaq ki, bizim ərazilər düşmən tapdağından qurtulacaq və dövlət sərhədlərimiz bərpa olunacaq.
Ermənistana müəyyən şərtlər qoyulub, düşmən tərəf hazırda onları yerinə yetirir. Rusiyanın sülhməramlı qüvvələri azad olunan ərazilərdə yerləşdirilir. Azərbaycan dövləti strukturları da buna nəzarət edir”.