Rusiyanın vasitəçiliyi ilə hazırlanan atəşkəs bəyanatında nəzərdə tutulan tədbirlərin Azərbaycan ordusunun qələbəsinə simmetrik olmamasına baxmayaraq, onun icrasında da kobud pozuntular müşahidə olunmaqdadır.
Shafaqadogru.com xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır.
Daha sonra Qubad bəy yazır, kənardan baxanda elə görsənir ki, ruslar bununla həmin bəyanatdan guya narazı qalan ermənilərin könlünü alaraq qısa müddətdə onların maraqlarını ifadəçısinə çevriliblər. Cəmisi 5 gün ərzində qüvvədə olan bəyanatın ermənilərin xeyrinə aparılan dəyişiklərlə icra edilməsi sanki Ermənistanda yaranmış hiyləğər anti-rus əhval ruhiyyəsinin aradan qaldırılmasına və onların razı salınmasına xidmət edir.
Təəssüflər olsun ki, Azərbaycanda atəşkəs bəyanatına münasibətdə sərgilənən qeyri-adekvat mövqelər, nümayiş etdirilən yersiz dəstək tədbirləri də ermənilərin lehinə işləyir. Azərbaycanın bəyanata pozitiv münasibətini görən ruslar Qarabağdakı vasitəçilik fəaliyyətlərində yalnız erməni maraqlarından çıxış etməklə onların özlərinə münasibətlərini yaxşılaşdırmaq xətti yeridirlər. Unutmayın ki, mövcud durumun bizim üçün ideal olması kimi yalnış təsəvvürlərin yaradılması rusları ermənilərin mənafeyinə yönələn addımlar atmağa sövq edir.