Şəfəqə Doğru » Manşet » TƏBİB-dən həkimlərə irad-"Çoxları süni nəfəs aparatlarını işlədə bilmirlər"

TƏBİB-dən həkimlərə irad-"Çoxları süni nəfəs aparatlarını işlədə bilmirlər"

TƏBİB-dən həkimlərə irad-"Çoxları süni nəfəs aparatlarını işlədə bilmirlər"

Əhalinin süni tənəffüs aparatlarının funksiyalarını tam olaraq bilməməsi təbii sayıla bilər. Amma təəssüf ki, çox həkimlər də süni tənəffüs aparatlarının funksiyalarını, onların hansı hallarda istifadə edildiyini tam olaraq yaxşı bilmirlər.

 

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, süni tənəffüs cihazları insana qoşulan kimi fayda vermir: "Süni tənəffüs cihazı bir möcüzə deyil. O, kiməsə qoşuldusa, həmin adam mütləq sağalacaq-belə deyil. Bu cihaz yalnız bir vasitədir ki, ağciyərlərə oksigen ötürülsün”///modern.az