ABŞ-da Konqresin binasında atışma olub.
"Qafqazinfo” xarici mediaya istinadən xəbər yayıb ki, Konqres binasında açılan atəş nəticəsində 1 qadın yaralanıb. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları Kapitoliyaya daxil olublar. Etirazçılarla polis arasında toqquşma baş verib.
***
ABŞ-da Konqresin binasındakı iğtişaşlar zamanı yaralanmış qadın dünyasını dəyişib.
Bu barədə "NBC” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verib.
***
ABŞ-ın Kapitoliya binasında atışma nəticəsində ən az beş nəfər yaralanıb, birinin vəziyyəti ağırdır. Bu barədə "Sky News” telekanalı xəbər verib.
***
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.
"TASS" xəbər verir ki, bu barədə paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransında bildirib.