Şəfəqə Doğru » Manşet » ABŞ-da silahlı terror aktı-5 ölü, 2 yaralı

ABŞ-da silahlı terror aktı-5 ölü, 2 yaralı

ABŞ-da  silahlı terror aktı-5 ölü, 2 yaralı

ABŞ-ın Çikaqo şəhərində silahlı şəxs tərəfindən hücum aktı törədilib.

Xarici KİV-ə istinadən qafqazinfo.az saytı yazıb  ki, silahlı şəxs eyni gündə, fərqli bölgələrdə təsadüfi şəxslərə atəş açıb.

Çikaqo polisinin yaydığı məlumatda adı Ceyson Naytinqeyl olan şəxsin günün müxtəlif vaxtlarında aralarında qadın da daxil olmaqla 7 nəfərə atəş açdığı bildirilib. Onlardan 2 nəfərin yaralandığı, 5 nəfərin isə həyatını itirdiyi qeyd edilib.

 

Ölənlər arasında universitet tələbəsinin olduğu məlum olub.

Saxlanılan şəxs barəsində digər cinayət faktları da ortaya çıxıb.