Şəfəqə Doğru » Manşet » Saxta pul hazırlayanlar saxlanıldı-Gəncədə əməliyyat

Saxta pul hazırlayanlar saxlanıldı-Gəncədə əməliyyat

Saxta pul hazırlayanlar  saxlanıldı-Gəncədə əməliyyat

Yanvarın 9-da Gəncə ŞBPİ Nizami rayon Polis İdarəsinə şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri əvvəllər məhkum olunmuş, Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə saxlanılıb.

 

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində V. Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilmiş və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir//qafqazinfo