"O səs Türkiyə"nin dünənki buraxılışına Krım tatarı olan Sevil Məmmədova damğasını vurub.
Axşam.az-ın məlumatına görə, Anastasianın repertuarından olan "I'm Outta Love" mahnısı ilə bütün münsifləri özünə döndürən Sevil eyni mahnını Hadisə ilə də oxuyub.
19 dildə mahnı oxumağı bilən Krım türkü məşhur "Doxtur" mahnısını da səsləndirib. Münsifləri çempionluğa namizəd kimi gördükləri Sevil sonda Hadisəni seçib.
Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə Sibel Can, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz qardaşları oturub.