Bu gün Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri Zəlimxan Yaqubun dünyasını dəyişdiyi gündür.
Şairin həyat yoldaşı Sahibə Yaqublu AzNews.az-a açıqlamasında bildirib ki, bu məqsədlə Təzə-Pir Məscidində ehsan veriləcək:
"Şairi sevənlərin hər biri tədbirə dəvətlidir. Nə qədər acı olsa da, deyim ki, bu bir il mənim üçün çox ağır keçib. Biz Zəlimxan müəllimlıə bərabər hər şeyimizi itirdik. Onun yoxluğu ilə hələ də barışa bilmirik. Zəlimxan müəllim əvəzsiz insan idi. Onu heç kim əvəz edə bilmir, bilməyəcək də. Onun yoxluğu evimdə aşkar hiss olunur, yüz övladım olsa, heç biri Zəlimxanın yerini vermir.”
Sahibə Yaqublu qeyd edib ki, Zəlimxan Yaquba məxsus bütün əşyalar və yaradıcılıq işləri hələ mərhumun otağındadır: "O, rəhmətə gedəndən bizim evdə saz çalınmayıb. Sazı evdədir, biz onu ölənə kimi göz bəbəyimiz kimi qoruyacayıq.”