Şəfəqə Doğru » Mədəniyyət » Elzadan yeni "şedevr":"Yorğun olanda mənimlə məzələn"

Elzadan yeni "şedevr":"Yorğun olanda mənimlə məzələn"

Elzadan yeni "şedevr":"Yorğun olanda mənimlə məzələn"
Son vaxtlar özünü poeziya dünyasının dolanbac yollarında sınamağa çalışan bəstəkar-müğənni Elza Seyidcahan "Məzələn, məzələn" şeiri ilə Shafaqadogru.com moderator.az-a istinadən oxucularını feyziyab etmək istəyib:

Yorğun olanda mənimlə məzələn
Söy əynini, söy ruhunu təzələn
Ordan bura, burdan ora sərələn
Mənə de ki, dağ qoynumda təpələn
Ağuşumda körpələn

Gəldiyin yollara güllər sərərəm
Saçlarınla dəniz təki ləpələn
De ki, başdan ayağa mən səninçün qəzələm
Yaralanaram
De ki, de ki, nərə çəkərəm
Ay çəkərəm, ox çəkərəm
Of çəkərəm, uf çəkərəm
Məzələnməsəm təzələnmərəm

Yer olmasa, vaxt solmasa
Heç olmasa yorğun könlün xoş olmasa
demə mənə mən sevgimi kəsərəm
Bu yoldan mən küsərəm

Bil ki, canım, mən ölərəm, itərəm.
Sevgi yoxsa, arxayın ol, gəl mənimlə
məzəli-məzəli məzələn, təzələn...