Şəfəqə Doğru » Mədəniyyət » İslamiada: Azərbaycan yığması 50 medal qazanıb

İslamiada: Azərbaycan yığması 50 medal qazanıb

İslamiada: Azərbaycan yığması 50 medal qazanıb

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında üçüncü günə yekun vurulub.

Shafaqadogru.com  bildirir ki, bu gün də Azərbaycan idmançıları üçün uğurlu olub və komandamız medal sayında liderlik edir.

Belə ki, bu gün Azərbaycan idmançıları 14 qızıl, 8 gümüş və 6 bürünc medal qazanıblar.

Beləliklə, hazırda Azərbaycanın aktivində 24 qızıl, 17 gümüş və 9 bürünc medal var. Azərbaycandan sonra növbəti pillədə 20 qızıl, 24 gümüş və 15 bürünc medalla Türkiyə qərarlaşıb. Üçüncü yeri isə 5 qızıl, 4 gümüş və 12 bürünc medalla Özbəkistan tutur.

*   *   *20:50

Karatenin kumite yarışlarında – 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.

Bununla Azərbaycanın İslamiadada qızıl medallarının sayı 21-ə çatıb.

***

IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə təmsilçimiz Elxan Məmmədov ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb.

100 kiloqram çəki dərəcəsində kişilərin yarışının finalında Azərbaycanın iki titullu cüdoçusu – Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov ilə dünya və Avropa çempionu Elxan Məmmədov üz-üzə gəliblər.

Rəqibini ipponla məğlub edən Elxan Məmmədov "Bakı-2017”nin çempionu olub.

***

Azərbaycanın bədii gimnastı Jalə Piriyeva topla hərəkətlər üzrə fərdi yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb.

Təmsilçimiz 17.550 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Marina Durunda isə 15.800 xalla bürünc medala sahib olub.

***

İslam Oyunlarında karatenin kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska qızıl medala yiyələnib.

Təmsilçimiz finalda türkiyəli Edə Eltemuru 3:0 hesabı ilə məğlub edib.

Beləliklə də, Azərbaycan karateçilərinin "Bakı-2017”dəki qızıl medallarının sayı dördə çatıb.

***

Qadın həndbolçularımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər – 28:26.

***

Azərbaycan gimnastı Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında özünün üçüncü qızıl medalını qazanıb.

Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda 17.600 xal toplayan M.Durunda IV İslam Həmrəyliyi Oyunlarında üçüncü dəfə çempion olub. Digər idmançımız Jalə Piriyeva isə 16.050 xalla üçüncü yeri tutub.

Gümüş medala isə 16.450 xalla özbəkistanlı Anastasiya Serdyukova sahib olub.

***

Azərbaycan karateçisi Roman Heydərov "Bakı-2017” IV Avropa Oyunlarının finalında qalib gələrək qızıl medal qazanıb.

Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan karateçiləri "Bakı-2017”də üçüncü qızıl medalı aktivlərinə yazıblar.

Bürünc medallara misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi sahib olublar.

Cüdo yarışlarının ikinci günündə isə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

*   *   *13:24

Azərbaycanın qadın idman gimnastları komanda hesabında birinci yerdədirlər.

Virtualaz.org xəbər verir ki, Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət idman gimnastikası üzrə Azərbaycan komandası İslamiadnın idman gimnastikası yarışlarında qızıl medal qazanıb.

Türkiyə gümüş, İndoneziya isə bürünc medala sahib olub.

Bu, Azərbaycanın İslamiada çərçivəsində keçirilən gimnastika yarışlarında ikinci qızıl medalıdır. Bundan əvvəl Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycanın bədii gimnastika üzrə komandası da qızıl medal qazanıb.

Onu da xatırladaq ki, bu, İslamiada-da Azərbaycanın 11-ci qızıl medalıdır.