Onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyeva Xəzər Tv-də yayımlanan 5-də 5 verilişndən yeni görüntüləri yayımlanıb.
Shafaqadogru.com -un məlumatına görə, həkim müayinəsində olan K.Xasıyeva bunları deyib:
"Həkimlərin müayinəsindəyəm, amma müayinənin nəticələrini mənə demirlər. Deyirlər ki, stressə, həyəcana düşərəm. İki il ərzində saçım ağardı, qram-qram töküldü. Dişlərim töküldü. Allahdan diləyirəm, heç bir anaya övlad acısı yaşatmasın. Mən heç kimə demədən 6 il, bu son iki ildə övladımın itkisi qorxusu ilə yaşadım.Başımı divarlara vurdum, hara aparırdım uşaq günü-gündən geri gedirdi. Çox pessimist hisslərə qapıldım, hətta ölümü belə gözə almışdım. İndi bundan sonra yaşayaram, yaşamaram, o da allahın işidir. Kazıma görə yaşamaq istəyirəm. Həkimlər mənə deyir ki, səni payıza qədər ayağa qaldıracağıq. Səni efirə təhvil verəcəyik, səhnəyə aparıb qoyacağıq. Paayızda inşallah daha yaxşı formada qarşınıza çıxaram. Saçım yavaş-yavaş uzanır, Narahat olmayın. Üzülməyin, xəstəlik insan üçündür, mən üzülmürəmsə, siz də üzülməyin. Şükür Allaha hər şey yolundadır".