Şəfəqə Doğru » Mədəniyyət » Çiçək Mahmudqızı icra başçısına müraciət etdi - Video

Çiçək Mahmudqızı icra başçısına müraciət etdi - Video

Çiçək Mahmudqızı icra başçısına müraciət etdi - Video

Avqustun 11-də yerli əhalinin, ədəbi ictimaiyyətin, televiziya tamaşaçılarının rəğbətlə qarşıladığı layihəmizin beşinci sayını saz-söz beşiyi olan Qazax mahalının Aveydağ qoruğu ərazisində düzənləmək istəyirik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Aşıqlar Birliyinin üzvü, şairə və teleaparıcı Çiçək Mahmudqızı deyib.

O, tədbirlə bağlı Qazax rayon icra hakimiyyəti başçısına müraciət etdiyini və istəyinin müsbət qarşılandığını bildirib:

"Mən neçə ildir ki, respublikamızın qərb bölgəsində fəaliyyət göstərən televiziyalarda milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində ardıcıl olaraq çalışmış, müxtəlif yaddaqalan verilişlərin və layihələrin yaradıcısı, həm də aparıcısı olmuşam. Bu layihələr içərisində milli ədəbiyyatımızın və ulu ozan-aşıq sənətimizin təbliğinə və inkişafına xidmət edən "İncəgülü” saz-söz şöləni xüsusilə seçilir.

Beş ildir bu layihəmiz Qazaxın İncə dərəsindən baş alıb respublikamızın müxtəlif guşələrinə, bölgələrinə qədər gedib çıxıb.

Qazaxın tarixi abidələrini və məskənlərini, milli mənəvi dəyərlərini çəkib "Bura Qazaxdır.....” adı ilə törənimizə giriş verəcəyik .

Əvvəlki illərdə olduğu kimi şölənimizə məmləkətin hər yerindən, eləcə də İrandan, Türkiyədən, qonşu Gürcüstandan daim qonaqlarımız qatılır. Uzaq ölkələrdən birbaşa telefon bağlantılarımız olur. Bu il də o ənənəni diqqət və sayğı ilə həyata keçirməyə çalışaraq, daha gözəl şəkildə təqdim etmək istəyirəm... Hər kəs tamaşaçı qismində gəlib baxa bilər”.

"İncəgülü " və "Könül körpüsü” musiqili-bədii layihələrinin rəhbəri Çiçək Mahmudqızı bu şölənin elat bayramlarından geri qalmayacağını bildirib.