Bu gün Qazaxda ustad Aşıq Ədalət Nəsibovla vida mərasimi keçirilib. Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, "Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, Bakı Dövlət Universiteti Qazax filialının direktoru Vüsət Əfəndiyev və filialın müəllim-tələbə kollektivi, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri və KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vida mərasimində çıxış edərək bildirib ki, Ədalət Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. YUNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb. Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, "Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib. Bu gün Ədalət Nəsibov bizim aramızda olmasa da, o, daim qəlblərdə yaşayacaq və onun yaradıcılığı gənc aşıqlar üçün bir örnək olacaqdır. Ədalət Nəsibov məktəbinin yetirmələri onun adını daim yüksəklərə qaldıracaqlar.
Milli Məclisin deputatı Kamran Nəbizadə, "Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan Aşıqlar Birliyi Qazax rayon bölməsinin sədri Camoy Qurbanov, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Məhəmmədəli Məşədiyev, şair Zaməddin Ziyadoğlu və başqaları çıxış edərək Ədalət Nəsibov haqqında ürək sözlərini qeyd ediblər.
Ustad aşığın oğlu Hekayət Nəsibov çıxış edərək dəfni yüksək səviyyədə təşkil etdiyinə və onların kədərinə dərindən şərik olduğuna görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi adından öz dərin minnətdarlığını bildirib.
Vida mərasimindən sonra Aşıq Ədalət vəsiyyətinə uyğun olaraq Qazaxda Ağköynək kənd qəbiristanlığında "Yanıq Kərəmi” havasının sədaları altında torpağa tapşırılıb.
Mədəniyyət Mərkəzinin yanında mağar qurulub, ehsan verilib.

Elçin İSMAYIL