Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli atası ilə bağlı xatirələrini bölüşüb.
AzNews.az xəbər verir ki, Rəşad Kəsəmənli atasının onlara etdiyi haqsızlığı dilə gətirib:
"Kişilik, mərdlik, qürur, əyilməzlik, ədalət, sevgi məktəbi olan atam, məkanın cənnət olsun. Həyatında bizə qarşı bir dəfə haqsızlıq etdin, o da yanımızdan ayrılmaqla. Artıq 14 ildir ki, bu dünya Nüsrətsiz qalıb. Allah bütün dünyasını dəyişən atalara rəhmər eləsin, nə yaxşı ki, mənim atam idin. Səni əbədiyyən sevəcəm. Sənin sayəndə ölümü sevməyi öyrəndim. Çünki orda sən varsan, sənə qovuşmaq var”.