Şəfiqə Məmmədova: "Ona köməklik edəcəklər, çünki o, Rasimdir”; Şeyx Əbdül Mahmudov: "Əgər Azərbaycan kino əfsanəsi deyirsə ki, dərman almağa pulum çatmır, deməli... ”
"Aldığım təqaüd-zad hamısı müayinələrə, müalicələrə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm... Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm”.
Xalq artisti, Azərbaycanın kino əfsanəsi Rasim Balayevin bu sözləri artıq neçə gündür ki, müzakirə olunmaqdadır. Xalq artistinin maddi durumu, səhhəti ilə bağlı yaşadığı ciddi problemlər böyük təəssüf doğurub. Qeyd edək ki, Rasim Balayev uzun müddətdir ki, şəkərli diabet, qan təzyiqi və digər xəstəliklərdən əziyyət çəkir. O, yenicag.az saytına açıqlamasında bildirib ki, xəstəliklər ayağında fəsadlar yaradıb, yeriyəndə əziyyət çəkir. Xalq artisti vəziyyəti ilə bağlı hansısa dostuna müraciət etmək fikri olmadığını da vurğulayıb: "Mən ağlayan adam olmamışam. Acından ölərəm, amma gedib hansısa dostuma ağız açmaram”.
Xatırladaq ki, Rasim Balayev ilk dəfə "Ulduzlar sönmür” filmində kiçik rola çəkilib. "Nəsimi”, "Babək” filmlərində baş rola çəkilərək tamaşaçıların böyük sevgisini qazanıb. O, "Özbəkfilm”, "Mosfilm” və digər studiyalarda da filmlərə çəkilib. "Şöhrət” ordenli aktyor həm də prezident təqaüdçüsüdür. Uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb.
Bəs bu gün Azərbaycanın kinosunun əfsanəsi olan Rasim Balayevə kim köməklik göstərməlidir: imkanlı dostları, yoxsa rəsmi qurumlar?
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə bir neçə dəfə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova "Yeni Müsavat”a açıqlama verərək bildirdi ki, həmkarının bu cür durumundan xəbərsizdir: "Siz mənə çox ağır bir xəbər verdiniz. Mən bundan tamamilə xəbərsizəm və eşitməmişəm... Amma axı o təqaüd alır... Bildiyim qədər onun öz pensiyası da çoxdur, eyni zamanda da böyük miqdarda prezident təqaüdü alır. İşləyib-işləmədiyindən xəbərim yoxdur. Amma ara-sıra filmlərə çəkilir. Təbii ki, onun vəziyyətinin ağır olması xəbəri çox üzücüdür, çox kədərləndim. Qeyd edim ki, dövlətimiz sənətkarların ağır vəziyyətindən xəbər tutan kimi köməklik edir, müalicəsini öz öhdəsinə götürür. Xəstəliklə bağlı bir çox sənətkarlarımız üçün Heydər Əliyev Fonduna müraciət etmişik və köməklik edilib. Düşünürəm ki, Rasim Balayev də müraciət etsin, köməklik olunar. Əgər belə bir müsahibə veribsə, böyük ehtimalla rəsmilər görüb və köməklik edəcəklər. Çünki o, Rasimdir”.
Rasim Balayevin yaxın dostu, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov məsələ ilə bağlı "Yeni Müsavat”a danışıb: "Biz onunla qardaşıq. Bir yerdə baş-başa, çiyin-çiyinə böyümüşük. Xatırladım ki, mənim ilk diplom filmimdə çəkilib... Rasim Balayev kimi sənətkarlarımız bu gün bizim milli-mənəvi sərvətimizdir. Bu gün isə onlar sosial faciə ilə üz-üzədirlər. Dövlət bu gün Rasim Balayevə qayğı göstərməlidir. Filmlərdə kim kimin qohumudursa onu çəkir. Bununla da həm xalqın pulunu yeyirlər, həm də xalqı təhqir edən film və seriallar çəkirlər. Bu cür sənətkarlarımız isə kənarda qalır”.
Rejissor son vaxtlar Rasim Balayevin səhhətində çox ciddi problemlər yaşadığını dedi: "Biz indi də mütəmadi olaraq bir-birimizlə əlaqə saxlayırıq. Çox təəssüf ki, ayağında ciddi problemlər var, çox çətinliklə yeriyir, hərəkət edir. Müalicəsi də çox ağır gedir. Elə axsaya-axsaya gedib-gəlir. Və qeyd edim ki, müalicəsi də çox baha başa gəlir. Öz müalicəsini özü aparır. Pensiyalarının hesabına ordan-burdan 5-3 qəpik tapıb müalicə olunmağa çalışır. Bu gün əgər Azərbaycan kino əfsanəsi dilə gətirib deyirsə ki, dərman almağa pulum çatmır, deməli, artıq biçaq sümüyə dirənib. Bu gün Azərbaycan dünyada ”Arşın mal alan", "Yeddi oğul istərəm”, Babək" və bu kimi filmlərlə fəxr edirik. Axı nə baş verir ki, imkanı olan şəxslər, dövlət Rasim Balayevin müalicəsini aparmır?
Rasim Balayev: "Jurnalist lazım olmayan fikirləri qabardıb”
Sonda xalq artisti Rasim Balayevin də fikirlərini öyrənməyə çalışdıq. Xalq artisti verdiyi son müsahibəsinin şişirildiyini deyib: "O sözləri söz məsəli demişəm. Bəzən müsahibə vermədiyim üçün məndən inciyirlər. Bildirim ki, artıq heç kimə müsahibə vermək istəmirəm. Əslində fikrim başqa cür olub. Jurnalist isə lazım olmayan fikirləri qabardıb. Hazırda normal vəziyyətdəyəm... Övladlarıma mən köməklik edirəm. Hökumətdən də prezident təqaüdü alıram. Yəni hər şey yaxşıdır”.
Xalidə GƏRAY