Şəfəqə Doğru » Mədəniyyət » Fədayə Laçın həbsdə qaldı – Yenilənib

Fədayə Laçın həbsdə qaldı – Yenilənib

Fədayə Laçın həbsdə qaldı – Yenilənib

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun icraatında olan prosesdə "oğru”ların konvot nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.

Shafaqadogru.com  verdiyi xəbərə görə, F. Laçın məhkəməyə gətirilib, özü də iclasda iştirak edir.

Hazırda proses başlayıb.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Ağami Şirvan şəhərində həbs edilib, "Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

***

Vəsatət təmin edilməyib, F. Laçın həbsdə qaldı.

***

F. Laçın məhkəmədə bildirib ki, onun övladı var və anası xəstədir: "Özüm 3 dəfə çağırılanda istintaqa getmişəm. Heç vaxt gizlənməmişəm, xalqın tanınmış simasıyam. Bundan sonra da istintaqdan yayınmayacam”.

Fədayə Laçında həmçinin Hepatit C xəstəliyi olduğu da bildirilib.

Vəkil qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Müğənni daha sonra qeyd edib ki, tutulmadan öncə 2 dəfə istintaqa çağırılıb ifadəm alındıqdan sonra sərbəst buraxılmışam, 3-cü dəfə çağırılanda da getmişəm, onda həbs ediblər.