Ağstafa rayon Regional Mədəniyyət və Turizm idarəsində işləyın bir qrup işçisi: "Bir il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfinən Ağstafa regional idarəsinə ayrılmış büdcə vəsaitlərinin 20 faizi belə təyinatı üzrə istifadə edilməyib”
Ağstafa rayon Regional Mədəniyyət və Turizm idarəsində işləyın bir qrup işçisinin göndərdiyi şikayət məktubunda vurğulanır ki,regional idarənin rəisi Ramiz Quliyev qurumu özünün şəxsi obyekti kimi idarə edir.
Ramiz Quliyev bütün qohum əqrabasına, tanışlarına ştalar açaraq onalrın adına yazılan əmək haqqlarını mənimsəyir və bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vurur.
Qeyd edək ki, Ağstafa Regional Mədəniyyət və Turizm idarəsi Ağstafa, Qazax və Tovuz rayonlarını özündə birləşdirir. Şikayət məktubunda bildirilir ki, Ramiz Quliyev regional rəis təyin ediləndən sonra hər üç rayonda fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzlərini, mədəniyyət müəssisələrini, mədəniyyət mərkəzlərini, klublarını müəyyən olunmuş məbləğdə "haqq”a oturdub. İdarə rəisi büdcədən ayrılan əməkhaqqı və digər xərclər hesabına bu üç rayonnun mədəniyyət və turizm müəssisələrin rəhbərlərindən aylıq haqq alır. Bunun müqabilində isə bu üç rayonun mədəniyyət və turizm müəssisələrindəki "ölü canlar”a göz yumur. Yəni faktiki olaraq Ağstafa Regional Mədəniyyət və Turizm idarəsi şəbəkə şəklində dövlət büdcəsinə ziyan vurmaqla məşğuldur. Lakin məsələ təkcə "ölü canlar”la bitmir. İşçilər bildirirlər ki, bir ildən çoxdur regional idarənin rəisi vəzifəsinə təyinat alan Ramiz Quliyev güya müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi ilə bağı saxta sənədlər tərtib edərək ölkə büdcəsini talamaqla məşbuldur.
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsində nələr baş verir və ya Ramizin yuxusu, doğru çıxır çoxusu
Məlumatda qeyd olunur ki, bir il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfinən Ağstafa regional idarəsinə ayrılmış büdcə vəsaitlərinin 20 faizi belə təyinatı üzrə istifadə edilməyib. Regional idarənin balansında oaln mədəniyyət mərkəzlərinin, klubların və kitabxanaların saxlanılması üçün ayrılan vəsaitin böyük hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalara, müxtəlif silinmələr yolu ilə Ramiz Quliyev tərəfindən mənimsənilib. Hazırda Ağstafa regional Mədəniyyət və Turzim İdarəsində elə bir ab-hava yaranıb ki, Ramzi Quliyevin ən yaxın adamları belə ondan narazıdırlar. Çünki idarə rəisi əldə etdiyi qazancı heç kəslə bölüşmür.
Büdcədən oğurlanan vəsaitlər Ramiz Quliyev çox ürəkləndirib. Çünki idarə rəisi ətrafı ilə keçirilən məclislərdə tez-tez daha böyük vəzifəyə təyin ediləcəyi ilə öyünür. Hətta Ramiz Quliyev hər dəfə ətrafına "bir gün eşitsəniz ki, Ağstafa rayon icra başçısı Məhərrəm deyil Ramiz Quliyevdi o zaman çaş-baş qalmayın”, deyir.
Məlumata görə Ramiz Quliyevin bu iştahasından Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də xəbərdardır və ona görə də onlar yola getmirlər. Lakin regional idarənin müdirinə qarşı Məhərrəm Quliyevin səlahiyyətləri yetərli deyil.
Ağstafa regional idarənin işçiləri bildirirlər ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Ramiz Quliyevin əməllərindən xəbəri yoxdur. Çünki nazir sonuncu kollegiya iclasında açıq şəkildə qeyd elədi ki, "regional idarə rəisləri ilə bağlı mənə daxil olan bütün məlumatları araşdırıb lazımı təbirlər görəcəm”. Mədəniyyət işçiləri ümid edirlər ki, nazir Ə.Qarayev yaxın aylarda Ramiz Quliyevin korrupsiya əməllərindən xəbər tutacaq və ona lazımı cəzanı verəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Shafaqadogru.com Palitika.Az-a isdinadən bildirir.