Tanınmış aktyor, xalq artisti Valeh Kərimov sənətdən getdiyini açıqlayıb
Aktyor bu barədə ölkə.az-a açıqlamasında bildirib. Xalq artistinin sözlərinə görə, hazırda rayonların birində yaşayır:
"Mən artıq bu aləmdən ayrılmışam, təqaüddə olan adamam. Nə teatrda oynayıram, nə də filmə çəkilirəm. Rayonların birində yaşayıram. Təkliflər olsa, çətin ki qəbul edim”.
Qeyd edək ki, V.Kərimov daha çox Ramiz Əzizbəylinin çəkdiyi "Bəxt üzüyü” filmindəki Moşu Göyəzənli obrazıyla tanınır.