Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov son günlər Cənubi Azərbaycanda və ölkəmizdə məşhurlaşan, hamının dinlədiyi və rəqs etdiyi "Səni deyirlər" mahnısı ilə tanınan İbrahim Əlizadənin arzusunu reallaşdırmağa hazır olduğunu bildirib.
O, Unikal.org-a açıqlamasında diqqətə çatdırıb ki, sentyabrın 8-də Yaşıl Teatrda "Mən də varam dünyada" adlı solo konsertinə İbrahim Əlizadəni də dəvət edir: "Əgər o, duet oxumaq üçün "məni deyirsə” mən hə deyirəm. Maşallah, son günlər "səni deyirlər” gözəl ifası ilə İbrahim Əlizadə bütün Azərbaycan xalqı arasında tanındı. Məni sevən biri kimi, mən onunla duet oxumağa hazıram”.
B.Əşrəfov 8 sentyabr tarixində Yaşıl Teatrda "Mən də varam dünyada" adlı solo konsertində iştirak edəcək dinləyicilərinə də sürpriz hazırladığını dilə gətirib: "Konsertimdə çox qiymətli hədiyyə olacaq. Mənim həyatım və mahınılarımla bağlı konsertdə tamaşaçılara suallar ünvanlanacaq. Kim düzgün cavab verərsə, qiymətli hədiyyə ona veriləcək”.