Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür.
Sevil Əliyevanın 63 yaşı tamam olur.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində ali təhsil alıb.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur.
S.Əliyeva "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyevanın oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.