Şəfəqə Doğru » Mədəniyyət » "Anam məni bibimə övladlıq verib" - Ülviyyə - FOTO

"Anam məni bibimə övladlıq verib" - Ülviyyə - FOTO

"Anam məni bibimə övladlıq verib" - Ülviyyə - FOTO

Aktrisa Ülviyyə Əliyeva iki anası olduğunu deyib.

Shafaqadogru.com axşam.az-a istinadən bildirir ki, aktrisa anaları ilə birlikdə "Zaurla Günaydın" proqramına qonaq olub. O bildirib ki, atasına "dayı" deyir:

"Bioloji anam Bəsti, böyüdən isə Zemfira xanımdır. Məni dünyaya gətirib, kirayə verib. Doğma atama dayı deyirəm. Anam məni bibimə övladlığa verib. Onun yeganə uşağı mən oldum. Bibim Azərbaycanın ilk stüardessalarından biri olub".

 

Ülviyyə həyat yoldaşı Manafdan da danışıb:

"İki aydan bir gedib-gəlir. 20 gün orada qalır, sonra gəlir. Surqutda işləyir. Gedib onunla birlikdə yaşaya bilmərəm. Azərbaycandan ayrı qala bilmirəm".