Hörmətli oxucular,
Böyük fransız şairi Jan dö Lafonten-in dünyaca məşhur təmsillərini şübhəsiz ki, eşitmisiniz. Bunlardan bizdə ən çox tanınanı "Qarışqayla milçəyin söhbəti"-dir.
Koronavirusun qurbağa gölünə daş atdığı məlum kontekstdə, kimin dovşan olduğuna fransızcadan tərcümə etdiyim məşhur təmsili oxumaqla qərar verməyiniz məsləhətdir.
Düşünürdü bir dovşan sığın’cağında,
Guya ki nə etmək mümkündür or’da ?
Xəyal etməkdən ziyadə, fikirdən başqa ?
Dərin sıxıntıya dalaraq Dovşan,
Qorxunun diddiyi bu qəmgin heyvan,
Özünə deyirdi "bədbəxtdir yaman,
O kəslər ki, olurlar hər şeydən qorxan".
"Yeyə bilməz bir qismət ağız dadıyla’n,
Dadmazlar xasını ləzzətin bir an,
Hücumlar ucbatından, hər an var olan,
Budur belə yaşayıram lənət qorxuyla’n.
Yatmağa qoymayan, göz yumdurmayan..."
"Düzəlt özünü” deyəcək, hansısa beyin,
Məgər görülübmü qorxu düzəlsin ?
Hətta, inanıram tam səmimicə,
İnsanlar da qorxurlar mənim kimicə.
Beləcə düşünürdü bizim bu dovşan,
Ətrafı güdərkən, yenə durmadan,
Şübhəylə doluydu, həm də nigaran,
Nəsnədən, əsmədən, kölgədən, hər an,
Qızdırma tuturdu bu həzin heyvan.
Fikrə qapılaraq o bu mövzudan,
Yüngül bir səs duyur, bir siqnal alır,
Bayıra tullanır cəld mağaradan,
Tez bir gölməçənin yanına qaçır.
Qurbağalar atlayır, orda olanlar,
İçinə dalğaların ya quyuların,
"Şükr!” deyir özünə, bunu görcək dovşan,
Qadirəm etməyə eynisin' ondan !!! ”
”Məni qorxudanlar var, elədir, olsun,
Fəqət mənim də varlığım qorxuya salan,
Təşviş yaradandır, verən həyəcan”.
”Har’dan gəlir cəsarətim, görəsən har’dan ?
Necə önümdə titrəyir bu qədər heyvan ?
Aydındır bir savaş şimşəyiyəm mən
Göyləri titrədən, möhkəmcə çaxan... ”
Belə bitdi bu nağıl, anlar bacaran,
Görürəm, dünyada olmaz bir qorxaq,
Özündən qorxağın heç vaxt tapmayan.