Yeni Müsavat qəzeti AZƏRTAC-a istinadən xəbər verir ki, Xəzər dənizinin sahilində yerləşən Nouşəhr şəhərinin meri Əli Amani bildirib ki, sahildən 1 kilometr aralıda yeni ada yaradılacaq. Ərazisi 18 hektar olacaq olan süni adada 300 kater tutumu olan liman, 5 ulduzlu otel, restoranlar, idman kompleksi, hovuz, helikopter meydançası tikiləcək. Süni adanı sahillə geniş yol birləşdirəcək.
Ə. Amani diqqətə çatdırıb ki, adanın layihələndirilməsi işlərinə İranın turizm təşkilatı da cəlb edilib. Çünki bu layihənin həyata keçirilməsində məqsəd İranın turizm sektorunu inkişaf etdirməkdən ibarətdir.
Ciddi valyutda daxilolması ilə illərdir üzbəüz olan İran, dəniz turizmi ilə buna bir az da olsa əlac tapmaq istəyir. Ancaq, dünyaya açılmağın yolu dava sülhpərvər diplomatiya güdməkdən keçir.