Şəfəqə Doğru » Aktual » İdmançımız Parisdə çempion olub

İdmançımız Parisdə çempion olub

İdmançımız Parisdə çempion olub

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

 

, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə türkiyəli Fatih Çeliklə qarşılaşıb.

Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız Paralimpiya çempionu olub.

 

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.