"Putinlə heç bir kompromis ola bilməz".
Shafaqadogru.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində deyib.
Zelenski Putinlə hər hansı kompromis ideyasını rədd etməklə yanaşı, bildirib ki, Rusiya qoşunları Ukrayna ərazisində qaldığı müddətcə müharibə davam edəcək.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.