Şəfəqə Doğru » Gündəm » Bakıda iki qadını maşın vurdu: biri öldü

Bakıda iki qadını maşın vurdu: biri öldü

Bakıda iki qadını maşın vurdu: biri öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərid Şahmarlı idarə etdiyi avtomobillə yolu keçən piyadalar - Bakı şəhər sakinləri, 1948-ci il təvəllüdlü Qiymət İbrahimovanı və 1960-cı il təvəllüdlü Xədicə Kərimovanı vurub hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən piyadalardan Q.İbrahimova orada ölüb. X.Kərimovanın vəziyyəti isə ağırdır. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sürücünün Fərid Şahmarlı olması müəyyən edilib və o saxlanılıb.