Şəfəqə Doğru » Gündəm » Tovuza qonaq gedən Bakı sakini qəlpə yaraları alıb

Tovuza qonaq gedən Bakı sakini qəlpə yaraları alıb

Tovuza qonaq gedən Bakı sakini  qəlpə yaraları alıb

Tovuz rayonuna qonaq gedən Bakı şəhər sakini partlayış nəticəsində qəlpə yaraları alıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Hidayət Qasımov Tovuz  rayonunun Əlibəyli kəndində qonaq getdiyi evin həyətində gəzən zaman naməlum səbəbdən partlayış baş verib. Nəticədə H.Qasımov  bədəninin yuxarı hissəsinin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.

 

Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Hidayət Qasımova bədənin yuxarı ətrafında çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub.

 

Ona dərhal tibbi yardım göstərilib, qəlpələr bədənindən çıxarılıb.